Quş qripi epidemiyası yumurtanı bahalaşdırdı

ABŞ-da quş qripi epidemiyası yumurta istehsalını azaldıb. İnflyasiya səbəbindən qiymətlər rekord həddə yüksəldi. Epidemiyadan zərər çəkmiş yumurtalayan toyuqların sayı 43 milyonu ötüb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin ərzaq qiymətləri ilə bağlı hesabatına görə, milyonlarla toyuğa keçən ilin fevral ayında başlayan quş qripi epidemiyası təsir edib.

47 ştatda 60 milyona yaxın quş məhv edildiyi halda, epidemiyadan təsirlənən yumurta verən toyuqların sayı 43 milyonu ötüb.

ABŞ yumurta ehtiyatları keçən ay 2022-ci ilin əvvəlindən 29 faiz azalıb, çünki yumurta tədarükü təkrarlanan epidemiyalar səbəbindən kəskin düşüb.

Turan