EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozlarını açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,5 % artacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə EBRD məlumat yayıb.
Bank gələn il isə Azərbaycanda real iqtisadi artımın 2,7 % olacağını gözləyir.