Dünyanın ən bahalı dondurması

“Bəyaz gecə” Ginnesin Rekordlar Kitabına düşdü
 
  Dünyanın ən bahalı dondurması Yaponiyada istehsal olunub və Ginnesin Rekordlar Kitabına düşüb.  “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, bu, yapon dilində “Byakuya” - “Bəyaz gecə” adlandırılan dondurmadır. Dondurmanın bir porsiyasının qiyməti 6 min 380 dollardır (880 yapon yeni). Dondurmanı bu qədər bahalı və məşhur edən nədir? Məlumata görə, dondurmanın özəlliyi tərkibindəki ərzaqlardır. 

Bu dondurma İtaliyanın Alba bölgəsində istehsal edilən bəyaz trüfeldən düzəldilir. Bu trüfelin kiloqramı isə 14 min 500 dollardır. Dondurmanın qiymətini yüksək edən ərzağın qiymətinin baha olmasıdır. 

Bundan başqa, dondurmanın üzərinə 2 növ pendir və “Sakekasu” qoyulur. 

Belə bir dondurma əldə etmək üçün istehsalçı şirkət “Cellato” il yarım təcrübə apardığını açıqlayıb. “Bəyaz gecə” dondurması müştərilərə qızıl yarpaq üzərində serviz edilir. 

Bu qızıl yarpaq da dondurma ilə birgə yeyilir. Dondurmanın üzərinə trüfel göbələyinin ovuntusu da səpilir. Dondurma əl işi olan qaşığın içində satılır.