27 dəqiqədə 50 min sifariş: “Xiaomi” satışa başladı
Yusif Nəzərli
07:07 31.03.2024
Texnologiya
1834
“Xiaomi” şirkəti elektromobillərin ilk satışını təşkil edib. “Xiaomi”nin qurucusu və baş direktoru Lei Tsun bildirib ki, ilk satışların zərərlə qarşılanacağını bilir. Lakin şirkət 27 dəqiqə ərzində 50 min sifariş alıb. Elektromobilin standart versiyasının qiyməti 215,900 yuan - 29,900 ABŞ dollarıdır.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, bu qiymət elektromobilin həqiqi dəyərindən xeyli aşağıdır, lakin şirkət zərəri qarşılayacağına əmindir. Çünki sifarişlər həddindən artıq çoxdur. “Xiaomi”nin elektromobilləri 3 fərqli modeldədir. Başlanğıc model 29.900 dollar, “SU7 Pro” 34.000 dollar, “SU7 Max” isə 41.500 dollara satışa çıxarılıb. Şirkətin açıqlamasında qeyd edilir ki, satışın başladığı ilk 4 dəqiqədə 10 min sifariş alınıb, 27 dəqiqədə isə sifarişlərin sayı 50 minə çatıb. Aprel ayının sonlarından etibarən elektromobillərin ilk partiyasının istehsalı başa çatacaq. Avtomobil fabriki hər 76 saniyədə bir elektromobil istehsal edəcək. Ən müasir model olan “Xiaomi SU7 Max” qoşa motora və 673 hp güc, 838 Nm tork-a sahibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm