2024-cü il aprel ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 654.4 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin martın 1-i ilə müqayisədə 0.04% və ya 4.1 milyon dollar çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 0.36%, 2023-cü ilin aprel ayının 1-i ilə müqayisədə isə 27.6% artıb.