Aİ-95 markalı benzinin bahalaşması qiymətlərə də sıçrayacaq
Yusif Nəzərli
14:31 16.07.2022
İqtisadiyyat
667
"Kim deyir ki, mənim maşınım yoxdur və bunun mənə təsiri yoxdur, bu, yanlış fikirdi"
“Aİ-95 markalı benzinin qiymətinin bahalaşmasını onun Avropada istehsal olunub ölkəyə gətirilməsi ilə əlaqədar olduğunu qeyd edirlər. Əslində Azərbaycan neftinin ixrac edilərək ölkəyə benzin və s. məhsul formasında gətirilməsi yaxşı hal deyil”. Bu sözləri “Şərq”ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. Onun sözlərinə görə, bəzi hallarda nəqliyyat xərcinin ucuz başa gəlməsi və digər ölkənin nüfuzu alış qiymətinə təsir edə bilər. Yəni Qərbi Avropaya benzinin SOCAR-ın Şərqi Avropadakı zavodundan göndərilməsi daha əlverişlidir:
“Amma məsələ budur ki, birinci evin içi, sonra çölü. Bəs Aİ-95 və Aİ-98 hansı avtomobillər üçündür və bunun əhaliyə təsiri varmı? Əlbəttə var, kim deyir ki, mənim maşınım yoxdur və bunun mənə təsiri yoxdur, bu, yanlış fikirdi. Ətrafımda bir çox insanlar var ki, onların avtomobilləri yüksək oktanlı benzin ilə işləyir. Bəziləri bunu bilməyərəkdən və ya bilərəkdən daha ucuz olsun deyə, Aİ-92 markalı benzindən istifadə edir. Bu isə avtomobilin ömrünü qısaldır. Avro 5 keçidlə bağlı istehsal olunan maşınlarda Aİ-95 və Aİ-98 markalı benzin üçün nəzərdə tutulub. Ölkəyə yeni gələn maşınlar da bu marka üçün nəzərdə tutulub. Görünən odur ki, bizi qabaqda qiymət artımları gözləyir. Bu başlanğıcdı”.
Aİ-95-in bahalaşmasının digər sektorlarda qiymət artımına təsirinə toxunan iqtisadçı hesab edir ki, qiymət artımı əsasən Avro 5-lə işləyən avtomobillərin ucuzlaşması və Aİ-92 benzinlə işləyən avtomobillərin bahalaşmasına gətirib çıxara bilər: “Belə ki, Avro-5 standartı ilə, yəni yanacağı Aİ-95 və Aİ-98 marka benzinlə işləyən, misal üçün, “Hyunday” avtomobillərinin bəzi markaları ucuzlaşa bilər. Ümumilikdə, bazarda istənilən artım amili qismən də olsa, digər sahələrə təsir edir. Ola bilsin, gözəçarpacaq dərəcədə deyil. Amma ümumi fikir versək görərik ki, bazarda qiymətlər artır. Avtomobil bazarında ehtiyat hissələrinin qiyməti artacaq. Qismən də olsa, yeyinti sənayesində qiymət artımı var və digər infrastrukturda müəyyən bahalaşma müşahidə olunur. Əslində hər bir qiymət artımında ciddi səbəb olmalıdır. Alıcılıq qabiliyyəti aşağı olmasına baxmayaraq marketlərdə qiymət artırsa, bunun qarşısını almaq üçün real addımlar atılmalıdır. Biz isə ancaq pafoslu çıxışlara şahid oluruq. Avropada benzinin qalxması enerji krizisi və geosiyasi amillərlə bağlıdır. Bəs bizdə niyə bu baş verir? Azərbaycan özü enerji satışı ilə məşğuldursa, benzinin bahalaşması düzgün deyil. Qaldı ki, geosiyasi amillərə, burada Rusiya-Ukrayna məsələsindən qismən də olsa kənarda olduğumuz üçün qiymət arta bilməz. Qiymət artımı ilə bağlı ciddi səbəb olmalıdır. Təəssüf olsun ki, bizdə ciddi səbəb göstərilmədən addım atılır, sonra isə səbəb axtarılır ki, nə deyək!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm