
Aİ ilə Azərbaycan arasında tarixi saziş! – “Bu, iqtisadi, siyasi dvidentlər gətirəcək"
Yusif Nəzərli
13:55 18.07.2022
İqtisadiyyat
639
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla irəliləyir.
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə keçirilən görüş də bunun ispatıdır.
Toplantıda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanıb.
"Bu gün imzalanmış sənəd enerji sahəsində gələcək əməkdaşlıq üçün bir növ, yol xəritəsidir”-, deyə Prezident İlham Əliyev vurğulayıb.
Ursula fon der Lyayen isə imzalanan Anlaşma Memorandumunun Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcəyini söyləyib. Qeyd edək ki, Aİ Azərbaycanın əsas ticari tərəfdaşıdır, çox fəal siyasi təmasları mövcuddur.

Avropa Komissiyası Prezidentinin səfərini "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Tural İsmayılovın qənaətincə, Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir:
"Bu dəfələrlə Aİ rəhbərliyi tərəfindən, eləcə də, ABŞ Prezidenti C. Bayden və dövlət katibi A. Blinkenin cənab Prezident İlham Əliyevə göndərdiyi təbrik məktublarında da nəzərə çatdırılıb. Azərbaycanın Amerikanın əsas tərəfdaşı olan Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol təqdir edilib. Trans - Adriatik Boru Kəməri ( TAP ) layihəsi, Cənub Qaz dəhlizi Azərbaycanın Qərbin iqtisadi imkanlarına verdiyi töhfələri özündə ehtiva edir. Aİ heç də bir çox ölkələri tam olaraq enerji təhlükəsizliyi ilə təmin edə bilmir. Aİ-yə daxil ölkələrin bir çoxunun enerji və enerji məhsullarının idxalında böyük güclərdən asılıdır".
Analitikin fikirlərinə görə, Aİ ilə Azərbaycan arasında çox önəmli və tarixi sazişin imzalanması Avropa İttifaqının gələcək enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malikdir:
"Azərbaycanın Avropaya ixrac etdiyi qazın həcminin xeyli artırılması nəzərdə tutulur. Gələcəkdə digər məhsullar üzrə də Azərbaycan - Aİ arasındakı səmərəli iqtisadi əməkdaşlığın dərinləşməsinə şərait yaradacaq. Şərq tərəfdaşlığı çərçivəsində və başqa layihələrdə siyasi əlaqələri gücləndirən Azərbaycan - Aİ iqtisadi, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqla siyasi münasibətlərin daha da möhkəmlənəsinə töhfə verəcəklər. Hazırda Qarabağdakı yenidənqurma işləri, həmçinin həmin ərazilərin turizm mərkəzinə çevrilməsi fonunda Aİ ilə əlaqələrin güclənməsi iqtisadi, siyasi dvidentlər gətirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm