"Azərbaycan Çinlə iqtisadi və strateji əməkdaşlıq qurub"
Fidan Həmişəyeva
11:29 21.05.2021
İqtisadiyyat
726
Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa işlərində yaxından iştirak etdiyini deyib. Ölkə başçısı “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib ki, Çin ilə nəqliyyat sahəsində geniş əməkdaşlıq imkanları var.
“Çin şirkətləri Azərbaycanın enerji sektoruna sərmayələr qoyurlar. Çində Azərbaycanın ticarət nümayəndəliyi də fəaliyyət göstərir”.
O, qeyd edib ki, Azərbaycanla Çin arasında çox gözəl münasibətlər mövcuddur.
Azərbaycan və Çin arasında iqtisadi münasibətlərin genişlənməsinin müşahidə olunduğunu söyləyən millət vəkili, iqtisadçı Vüqar Bayramov “Sherg.az”a bildirib ki, 2019-cu ildə ölkə başçısının Pekinə səfəri zamanı iki ölkə arasında 10 istiqamət üzrə investisiya qoyuluşunun həyata keçirilməsi üçün anlaşma imzalanmışdı:
“Bu investisiya qoyuluşlarının məbləği 1 milyard manata yaxın idi. Çin ümumidaxili məhsulun həcminə görə, dünyada 2-ci ən böyük ölkədir. Bu baxımdan sərmayə və investisiya qoyuluşları imkanları çox genişdir. Çin son illər xarici ölkələrə ən çox investisiya qoyan ölkələrdən biridir. Texnologiya bazarında, inşaat və yenidənqurma sahəsində də aktivdir”.
Millət vəkili Çinlə strateji müttəfiqliyin Azərbaycan üçün vacib olduğunu qeyd edib:
“Çünki Çin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Bu baxımdan Azərbaycan Çinlə həm iqtisadi, həm də strateji əməkdaşlıq qurub. Çin şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizə dəvət olunması və iştirak imkanları yüksək qiymətləndirilir. Güman edilir ki, bərpa və yenidən qurma, həmçinin növbəti dövrdə iqtisadiyyatın formalaşması mərhələsini Çin şirkətlərinin daha fəal şəkildə iştirakı ilə müşahidə edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat