Azərbaycan dünyanın aparıcı ixracatçıları siyahısında - Ermənistan siyahıdan çıxarılıb
17:55 28.08.2019
İqtisadiyyat
519
Amerikanın "HowMuch" reytinq agentliyi dünyanın ən iri ixracatçı ölkələrinin siyahısını dərc edib. Siyahıda Azərbaycanın da adı var. Açıqlanan nəticələrin xidmət sahəsinə deyil, əmtəəyə aid olduğu xüsusi vurğulanır.
Analitiklərin sözlərinə görə, ixrac beynəlxalq ticarətin əsas aspektlərindəndir. Dünya ölkələri resurs və əmtəələrini satışa çıxarmaqla iqtisadiyyatlarını möhkəmləndirirlər.
Dünya iqtisadiyyatında ixrac üzrə liderlik edən ölkələr hansılardır? Əvvəlki kimi birinci yerdə Çin gəlir. 2018-ci ildə ölkə 2,5 trilyon dollarlıq əmtəə icrac edib.
ABŞ ikinci yerdədir. Bu ölkə içki və qida da daxil olmaqla ərzaq məshulları, xam neft, mülki təyyarələr, avtomobil hissələri və sənaye texnikası ixrac edir - 1,7 trilyon dollar.
O da qeyd olunur ki, ABŞ və Çin arasında ticarət müharibəsi davam edir və bu da ümumilikdə dünyanın ixracat sahəsinə ciddi təsir göstərə bilər.
Almaniya siyahıda üçüncü (1,6 trilyon dollar), Yaponiya dördüncü (738 milyard dollar) yerdədir. Gözlənilmədən siyahıda beşliyi Niderland tamamlayıb (723 milyard dollar).
Minimal ixrac dövriyyəsi olan ölkələr - Ermənistan və Gürcüstan isə siyahıdan çıxarılıb.
Azərbaycanda illik ixrac dövriyyəsinin 22 milyard dollar olduğu qeyd edilir. Siyahıda aşağıdakı ölkələr də yer alıblar: Rusiya (444 mlrd. dollar), Belarus – 34 mlrd., Qazaxıstan – 61 mlrd., Ukrayna - 47 mlrd., Türkiyə - 168 mlrd., Türkmənistan - 10 mlrd., İran - 108 mlrd., Özbəkistan - 11 mlrd., Latviya – 16 mlrd., Litva - 33 mlrd. və Estoniya – 17 mlrd. dollar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə