Azərbaycan ən islahatçı 3 ölkədən biridir
Turan
09:35 22.12.2020
İqtisadiyyat
688
“Doing Business 2020” hesabatında ölkəmiz 6 pillə irəliləyib
“Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşıb. Ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub. Bu, ölkəmizin növbəti uğurudur”. Bunu “Şərq”ə millət vəkili Anar Məmmədov deyib. Deputat bildirib ki, “Doing Business 2020” hesabatına düzəliş Azərbaycanda genişmiqyaslı islahatlara göstərilən dəstəyin bariz nümunəsidir: “Ölkəmiz beynəlxalq təşkilatların araşdırmalarının nəticələrinə və dünyanın nüfuzlu institutlarının, elmi-araşdırma mərkəzlərinin hesabatlarına görə, iqtisadiyyatın bütün sahələrində daim ilk sıralarda yer alıb. Aparılmış müstəqil araşdırmanın nəticəsində Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur.
“Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir.
Azərbaycanın isə Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi var. Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək verib. Əminliklə deyə bilərik ki, son illərdə iqtisadiyyatımızın dəyişən palitrası reytinqlərdə əksini tapmaqdadır.
Son bir neçə ilin dəyişən göstəricilərini nəzərdən keçirdikdə buna əmin olmaq olar. Belə ki, Azərbaycan “Doing Business 2012” reytinqində mövqeyini üç pillə yaxşılaşdıraraq, 2011-ci ildə tutduğu 69-cu yerdən 66-cı yerə yüksəlib. Daha bir neçə il sonra-2017-ci ildə isə 65-ci pillədə qərarlaşıb. Bir il sonrakı hesabatda Azərbaycan 8 pillə yüksələrək 57-ci yerə qalxıb.
Onu da qeyd edim ki, həmin hesabatda 190 ölkənin biznes mühiti qiymətləndirilmişdi. Xüsusilə vurğulamağa dəyər ki, hesabatda Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi təqdim edilib. Cəmi, bir il sonra isə “Doing Business 2019” hesabatında isə ölkəmiz 190 dövlət arasında 25-ci yerdə qərarlaşıb”.
Parlament üzvü qeyd edib ki, hesabatda qeydə alınmış göstəricilər bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi, iqtisadi və sosial islahatlar dönməz xarakter almaqla, cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət