Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə sentyabrın 16-da hərrac keçiriləcək.
Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) “APA-Economics”ə verilən məlumata görə, hərracda İsmayıllı rayonunda yerləşən “Girdimançay-I” (13.0 ha) qum-çınqıl yatağı investorlara təklif olunacaq.
İddiaçılar hərracda iştirakla bağlı sənədləri 9 sentyabr 2026-cı il saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.