Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb

2026-cı ilin avqustun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 590,8 milyon ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5% azdır.