Bahalaşan sıxılmış qazın qiymətidir
Yusif Nəzərli
02:26 02.10.2021
İqtisadiyyat
390
Boru xətləri ilə uzunmüddətli müqavilələrlə satılan qazın qiymətində isə hələ ki bir dəyişiklik yoxdur
Avropa birjalarında oktyabrın 1-də təbii qazın qiyməti min kubmetr üçün 1 200 dollara çatıb. Niderlandın TTF habında qazın min kubmetri 1 199,44 dollara alınıb-satılır. Ötən gün təbii qazın qiyməti 1 070 dollaradək artmışdı. Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.
Bəs, Avropa birjalarında qazın qiymətinin qalxması Azərbaycana necə təsir göstərəcək?
Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında vurğulayıb ki, son üç ayda Avropada qazın qiyməti intensiv olaraq artır. Ekspert qeyd edib ki, təqribən iyul ayından başlayan proses artıq tarixi maksimumlara çatıb:
"Amma bu, spot bazarında, yəni gündəlik birjalarda satılan qazın, əsasən də sıxılmış qazın qiymətidir. Boru xətləri ilə uzunmüddətli müqavilələrlə satılan qazın qiymətində isə hələ ki bir dəyişiklik yoxdur və bu ilin sonuna qədər də olmayacaq. Rusiya hələ də boru xətləri ilə satdığı qazın qiymətini Avropaya ortalama 236-240 dollar civarında satır, yəni burda bir dəyişiklik yoxdur.
Çünki müqavilələr uzunmüddətli bağlanır, ən azı bir illik. Bəzi hallarda isə daha uzun müqavilələr nəzərdə tutulur. O nöqteyi-nəzərdən Azərbaycan üçün də təbii ki, dünya bazarlarında neftin və qazın qiymətinin qalxması müsbət tendensiyadır.
Çünki bizim valyuta gəlirlərimizin böyük əksəriyyətini enerji daşıyıcıları tutur. Amma biz də uzunmüddətli kontraktlarla, boru xətləri ilə qazı həm Gürcüstana, həm Türkiyəyə, həm də Avropa Birliyi ölkələrinə satırıq. Ona görə də bu ilin sonuna qədər qiymətlərdə bir dəyişikliyin olacağını düşünmürəm. Amma gələn ildən bəzi ölkələrə, o cümlədən Avropa Birliyi ölkələrinə qazın qiymətinin artırılması mümkündür".
Aynurə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya
Ötən gün 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb
10:37 22.08.2026
Hadisə