
Bakıda veqan restoranlar açmaq yerinə düşər- İqtisadçı
Yusif Nəzərli
14:46 11.11.2024
İqtisadiyyat
852
COP29 konfransında iştirak etmək üçün Azərbaycana gələn Beynəlxalq Veqan Assosiasiyasının rəsmisi Elena Qramm sağlam həyat tərzinin təbliğ edilməsi, insanların daha çox bitki əsaslı qida məhsullarına üstünlük verməsi üçün ölkədə yeni veqan restoranlarının fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. KİV-ə açıqlamasında E.Qramm bildirib ki, veqan qidalanma təkcə heyvanların qorunması üçün deyil, həm də insanların sağlamlığı üçün böyük faydalar gətirir. Bu yanaşma ilə Azərbaycanda yeni və maraqlı qida mədəniyyəti yarana bilər. Assosiasiya rəsmisi əlavə edib ki, veqan qidalanmanın insan sağlamlığına faydaları geniş miqyasda tanınır: "Bitki əsaslı qidalar yüksək miqdarda vitamin, mineral və antioksidantlarla zəngindir, bu da ürək xəstəliklərinin qarşısını almağa, qan təzyiqini normallaşdırmağa və ümumi sağlamlığı artırmağa kömək edir. Bundan başqa, bu qidalanma rejimi çəki azaldılması və xolesterol səviyyəsinin aşağı saxlanması üçün də ideal hesab olunur". E.Qrammın fikrincə, Azərbaycanda veqan restoranlarının fəaliyyətə başlaması həm turizm sektoruna, həm də sağlam qidalanma mədəniyyətinin yayılmasına mühüm töhfə verəcək.

İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, veqan restoranlar sağlam qidalanma və turizm sektorunun inkişafı baxımından cəlbedici görünür:
- Dünyada belə bir təcrübə var. Turizm potensialı yüksək olan ölkələr turistlərə ən müxtəlif təkliflərlə çıxış edirlər. Məsələn, insanlar var ki, Yaponiyaya, Cənub-şərqi Asiya ölkələrinə ekzotik yeməklər, dəniz məhsullarından ötrü gedir. Xarici ölkələrə səfərləri bəzi insanlar öz istəkləri, maraqları baxımından seçir. Azərbaycan məlumdur ki, milli mətbəxi ilə məşhurdur. Amma bu da məlumdur ki bizim milli mətbəximiz əsasən ət xörəklərindən, heyvan mənşəli ərzaqlardan ibarətdir. Düzdür, Bakıda da rus, Ukrayna, italyan, yapon, çin, hind, hətta ərəb mətbəxi təklif edilən restoranlar var. Yəni, milli yeməklərlə yanaşı, müştərinin istəyinə uyğun yemıklər hazırlanır. Bunlar arasında veqan (vegetarian) yeməklər də var. Onsuz da indi əksər insanlar yüngül yeməklərə, tərəvəzlərə üstünlük verir. Amma paytaxt restoranlarında əlbəttə ağırlıq milli mətbəxdədir. Belə də olmalıdır. Ölkəmizə gələnlər milli mətbəximizi dadmalı, tariximiz, adət-ənənələrimizlə də tanış olmalıdırlar. Ancaq nəzərə almalıyıq ki, dünyada restoran biznesi bununla məhdudlaşmır. Daha çox turist cəlb etmək, ölkəni daha çox tanıtmaq üçün təkcə milli mətbəxlə kifayətlənmək doğru olmaz. Xüsusən, hazırkı dövrdə sağlam qidalanma bu qədər vacib mahiyyət daşımağa başladığı zamanda veqan qidalar daha çox cəlbedicidir. Hazırda ölkəmizdə COP29 kimi dünya miqyaslı bir tədbir keçirilir. Bu, təkcə sırf iqlim dəyişmələrini əhatə etmir. İqlim dəyişmələri iqtisadiyyatla da bağlıdır, turizmlə, sağlam qidalanma ilə də. Bu konfrans sağlam həyat tərzinin təbliği baxımından da önəmlidir. Hesab edirəm ki, E.Qrammın təklifi yerinə düşür. Sırf veqan restoranlar açmaq turizm sektorunun gəlirlərini artıra bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region