Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 1 milyard dollara yaxın vəsait qoyub
11:08 14.09.2021
İqtisadiyyat
521
2021-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa investisiyaların həcmi artıb.
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, müvafiq dövr ərzində Azərbaycan iqtisadiyyatına xarici ölkələrdən 2 635 666 000 dollar investisiya yönləndirilib. Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur.
Ötən dövrdə ölkəmizə ən çox investisiya yatıran ölkə Birləşmiş Krallıq olub. Buradan Azərbaycana 891 673 000 dollar vəsait cəlb edilib. Vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artıb. İqtisadiyyatımıza ikinci ən çox dəstək olan ölkə isə Türkiyədir. Azərbaycana Türkiyədən 370 989 000 dollar sərmayə qoyulub ki, bu da illik müqayisədə 43,3 faiz çoxdur. Vəsaitin həcminə görə siyahıda növbəti ölkə - ABŞ-dır. Birləşmiş Ştatlardan Azərbaycana investisiya qoyuluşu 48,8 faiz artıb və 313 816 000 dollar olub.
mazda.az
Узнать больше
İlin altı ayı ərzində Azərbaycana ən çox sərmayə qoyan 10 ölkə aşağıdakı kimi sıralanıb:
Birləşmiş Krallıq - 891 673 400 dollar (illik müqayisədə 15,2 faiz çox)
Türkiyə - 370 989 400 dollar (illik müqayisədə 43,3 faiz çox)
ABŞ - 313 816 100 dollar (illik müqayisədə 48,8 faiz çox)
Malayziya - 234 290 700 dollar (illik müqayisədə 1,7 dəfə çox)
Kipr - 168 170 600 dollar (illik müqayisədə 78,9 faiz çox)
İran - 150 960 600 dollar (illik müqayisədə 73,9 faiz çox)
Yaponiya - 144 006 500 dollar (illik müqayisədə 9,9 faiz az)
Norveç - 81 498 400 dollar (illik müqayisədə 10,5 faiz az)
Gürcüstan - 55 647 900 dollar (illik müqayisədə 5,5 dəfə çox)
Lüksemburq - 32 367 600 dollar (illik müqayisədə 36 dəfə çox)
Siyahıda adı qeyd edilən ölkələrlə yanaşı Rusiya, Niderland, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Filippin, Latviya, İsveçrə, İspaniya, Almaniya, Sinqapur, Qazaxıstan, Danimarka, Koreya Respublikası, Fransa, Belçika, Çexiya Respublikası, Macarıstan və digər dövlətlər tərəfindən də Azərbaycana investisiyalar edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual