BTQ ilə daşınan yüklərin həcmi açıqlanıb
11:07 27.10.2019
İqtisadiyyat
486
İki ilə əvvəl istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti (BTQ) vasitəsi ilə ötən müddət ərzində 275 min ton yük daşınıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan Anadolu Agentliyinə açıqlamasında bildirib.
BTQ-nin Avropa ilə Orta Asiya, Çin və Yaxın Şərq arasında daşımalarda ən etibarlı və əlverişli istiqamətə çevirdiyini deyən nazir qeyd edib ki, Qazaxıstanla Türkiyə arasındakı 4 min 700 kilometrlik məsafədə həyata keçirilən daşımaların Xəzər dənizindəki vəziyyətə görə 180 saat ərzində başa çatdırılması mümkün hala gəlib.
BTQ vasitəsi ilə Türkiyə-Azərbaycan-Qazaxıstan arasında həftədə 3 yük qatarının hərəkət etdiyini nəzərə çatdıran M.C.Turhan Türkiyənin xətt vasitəsi ilə əks istiqamətdə də öz ixracatını artırmağı hədəflədiyini qeyd edib: “BTQ vasitəsi ilə daşınan yüklərlə əlaqədar gömrük əməliyyatlarının icra edilməsinin sadələşdirilmiş üsulla 24 saatdan 10-15 dəqiqəyə endirilməsi digər ölkələr tərəfindən də nümunə götürülür. BTQ vasitəsi ilə Rusiyanın iştirakı ilə yeni Şimal-Cənub dəhlizi yaradılıb. Bu koridordan İsgəndəruna müntəzəm polad mallar daşınmasına başlanılıb. Türkiyə, Azərbaycan və Rusiya arasında imzalanan “BTQ Dəmiryolu Marşrutu üzrə Əməkdaşlığa dair Anlaşma Memorandumu”na əsasən Rusiyadan xətt vasitəsi ilə qısa müddətdə 1 milyon, orta müddətdə isə 3-5 milyon ton kömür, taxıl və metal daşınması nəzərdə tutulub. Cümə axşamı ölkəmizə daxil olan 42 vaqonluq Çin-Avropa qatarı ilə tarixdə iki ilkə imza atılıb. Birincisi, bu, Çindən Avropaya “Orta Koridor” Dəmir İpək Yolu vasitəsi ilə hərəkət edən ilk qatardır, ikincisi, Marmaray tunel keçidi vasitəsi ilə Avropaya keçən ilk beynəlxalq yük qatarıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi