Dünya iqtisadiyyatında böhran riski güclənir
Yusif Nəzərli
08:58 16.07.2022
İqtisadiyyat
498
Neft gəlirləri uzun müddətli dövrdə stabil valyuta daxil olmaları vəd etmir
Dünya bazarında Brent markalı neftin 1 bareli 99 dollara təklif olunur. Qiymətin yüksək olmasına baxmayaraq, iyul ayı neft bazarı üçün düşərli olmayıb. Son 1 ayda neft 20 faizə yaxın dəyər itirib. Doğrudur, mövcud qiymət də kifayət qədər yüksəkdir və enerji ölkələrinin valyuta gəlirlərinin artmasına imkan yaradır. Bununla belə, son tendensiya neft bazarında volatilliyin yüksək və istənilən zaman qiymətlərdə sıçrayışların olacağını istisna etmir.
Millət vəkili Vüqar Bayramov bildirib ki, neftin dünya bazar qiymətindəki son azalmalar dünya iqtisadiyyatında böhran riskinin güclənməsi ilə bağlıdır. Deputatın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb: “Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır”.
Parlament üzvü bəyan edib ki, dünyada COVİD-19 virusuna yoluxma sayının artması da neftə olan tələbə təsir göstərməkdədir: “Çində yaz qapanmalarından sonra yenidən bir sıra aparıcı ökələrdə yenidən sərt karantinin tətbiqi gözləntisi artmaqdadır. Bu isə neft istehlakı yüksək olan ölkələrdə, xüsusən Çində yenidən qapanmalar olacağı halda enerji qiymətlərinə ciddi təsir edəcək. Təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft gəlirləri uzun müddətli dövrdə stabil valyuta daxil olmaları vəd etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm