Elektrik enerjisinə tələbat artıb
09:20 07.09.2021
İqtisadiyyat
493
Ona görə Avropada qazın qiyməti bahalaşıb
Avropa birjalarında təbii qazın qiyməti sentyabrın 1-dən bugünədək 3 faiz artıb. Niderlandda TTF habında qazın oktyabr fyuçersləri min kubmetr üçün 654,1 dollara çatıb. Avqustun sonunda qazın qiyməti min kubmetr üçün 590 dollar təşkil edirdi. Son məlumatlara görə, Avropa birjalarında qazın min kubmetri 650 dollar ətrafında alınıb-satılır.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Avropa ölkələrində təbii qazın qiymətinin spot bazarında ciddi artımı müşahidə olunur. Ekspert qeyd edib ki, qaz bazarı bir az fərqlidir, yəni boru xətləri ilə uzunmüddətli müqavilələrlə olan təchizat başqa qiymətlərlə hesablanır:
"Burada yeni qiymətlərə altı aydan, bir ildən bir baxılır. Bu həm də neft qiymətlərinə bağlı olan bir formulla hesablanır. Amma Avropanın spot bazarında, yəni sıxılmış qaz bazarında qazın qiymətinin kəskin şəkildə artdığının şahidi oluruq. Bunun əsas səbəbləri elektrik enerjisinə olan tələbatın yay aylarında artması ilə əlaqəlidir. Çünki Avropa Birliyi ölkələrinin böyük əksəriyyəti qaz modul tipli elektrik stansiyalarına üstünlük verirlər. Çünki ekoloji problemlərə görə, kömürlə işləyən elektrik stansiyalarının bir çoxu keçən il və bu il bağlanıb. Nəticə etibarilə də qaza tələbat artıb. Daha bir səbəb ondan ibarətdir ki, Rusiyanın Ukrayna üzərindən hər il Avropaya çatdırdığı 80 milyard kub metr qaz var idi. Lakin indi bu da xeyli, təqribən 30-35 milyarda qədər aşağı düşüb".
İqtisadçı əlavə edib ki, yaxın illərdə qaz bazarında müəyyən sabitlik yarana bilər:
"Hazırda bir çox ölkələr "Şimal axını-2" layihəsinin start verilməsini gözləyirlər. O işə düşdükdən sonra ola bilər ki, Avropa qaz bazarında müəyyən qədər sabitlik yaransın və qiymətlərin aşağı düşməsi müşahidə oluna bilər. Ancaq əsas səbəblər yuxarıda sadaladıqlarımdır. Fikrimcə, elektrik enerjisinə tələbatın artımı belə davam edərsə, bu zaman yenidən qaz qiymətlərində müəyyən artımını ilin sonuna qədər görə bilərik. Amma ümumilikdə götürəndə "Şimal axını-2" işə düşdükdən sonra Avropa spot qaz bazarında müəyyən sabitliyin yaranması, qiymətlərin tənzimlənməsi müşahidə oluna bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm
Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb
16:33 31.07.2026
Hadisə
Seutaya miqrant axını təsadüfi deyil, kənardan idarə olunur - ŞƏRH
16:25 31.07.2026
Gündəm
Küveyt ordusu İran dronlarını məhv etdi
16:14 31.07.2026
Dünya
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
15:51 31.07.2026
Elm və Təhsil
NATO Avropada nüvə silahlarının artırılması planı üzərində işləyir
15:09 31.07.2026
Dünya
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya