Əsas olan xalqın islahatları dəstəkləməsidir - HÖKUMƏTƏ STİMUL
Turan
10:55 17.10.2019
İqtisadiyyat
1228
“Cənab Prezident iqtisadi müşavirədə bir sıra önəmli məqamlara toxundu. Mən həmin məqamlardan birinin üzərində xüsusilə dayanmaq istəyirəm”.
Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, dövlət başçısı İlham Əliyev çıxışında son 9 ayda görülən işlərə verilən yüksək qiymət barədə ayrıca danışdı və qeyd etdi ki, ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir:
“Prezidentin vurğuladığı məqam olduqca həssas və önəmlidir. Cəmiyyətdən gələn dəstək heç şübhəsiz hökumət üçün və elə dövlət başçısının özü üçün də çox ciddi mənəvi stimuldur, motivasiyadır. Vətəndaşların dəstəyi olmazsa, islahatların da anlamı olmaz. Məhz vətəndaşların fəal münasibəti, çevik reaksiyası dövlət başçısı üçün əsas göstərici, həlledici meyar rolunu oynayır. Başqa sözlə desək, Prezident öz gündəlik fəaliyyətini cəmiyyətdən aldığı sosial sifarişlər, ictimai tələblər əsasında müəyyən edir, tənzimləyir. Cəmiyyət görülən işlərə, aparılan islahatlara biganə yanaşarsa, bu, bütövlükdə ölkənin inkişafına da mənfi təsir göstərər. Prezident də bunu çox gözəl başa düşür və odur ki, xalqın əksəriyyətinin islahatlarla bağlı hökumətə verdiyi birmənalı dəstəyi çox yüksək qiymətləndirir. Onun ictimai nəzarətə verdiyi böyük önəm də məhz bununla əlaqəlidir”.
DADP sədri vurğulayıb ki, Prezident çıxışında açıq mətnlə qeyd etdi ki, ictimai nəzarət daha da güclü olmalıdır:
“Əlbəttə, bütün bunlar cənab Prezidentin hökumətlə cəmiyyətin, dövlət başçısı ilə vətəndaşların qarşılıqlı əlaqəsinə, anlayış və dəstəyinə necə həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Bu mənada, son müşavirədə Prezidentin səsləndirdiyi fikirləri Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə tamamilə yeni bir mərhələnin başlanmasının anonsu kimi də qəbul etmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə