Eyyub Hüseynov: AQTA ancaq dəri ilə fəxr edə bilər
10:57 13.05.2024
İqtisadiyyat
742
Son illərdə ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı bu məhsulların geniş ixracı üçün də imkanlar yaradıb. Ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb və bəzi qida məhsullarının istehsalı və ixracında rekord nəticələr əldə olunub.
Trend xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, ölkəmizdən Avropa İttifaqına akvakulturada yetişdirilən kürünün, müxtəlif dəniz məhsullarının, yun və dərinin ixracına icazələr əldə edilib.
"Qazaxıstana atların ixracı bərpa olunub, Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracına icazə alınıb. Həmçinin, Avropa İttifaqında fındığın sadələşdirilmiş ixracına və Çin Xalq Respubli kasına quş əti və digər quşçuluq məhsullarının ixracına nail olunub.
Bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşması və istehsal olunan məhsulların təhlükəsizlik və kefiyyət göstəricilərini yaxşılaşdırması ilə mümkün olmuşdur. Bu istiqamətdə Agentlik hər zaman sahibkarlara metodiki dəstək göstərir və qanunvericilik çərçivəsində səmərəli fəaliyyətin qurulması üçün tənzimləmə tədbirlərini həyata keçirir.
Yeri gəlmişkən qeyd edim ki, sərgidə Qida Təhlükəsiszliyi Agentliyinin maraqlı və innovativ guşəsi də iştirakçılara təqdim olunacaq. Sərgi iştirakçıları qida təhlükəsizliyi ilə bağlı onları maraqlandırın bütün məsələlərlə bağlı yaxınlaşıb ətraflı məlumatları əldə edə bilər", - deyə o bildirib.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, AQTA yaranandan öncə Beynəlxalq Təşkilatlar Azərbaycanda layihələr həyata keçiriblər:
“Azad İstehlakçılar Birliyini də o layihələrdə iştirakı etmişdi. Azərbaycan mallarının yəni balıq məhsulları, kürü, fındıq və qozun Avropa bazarına çıxarılması məsələsi həll olmuşdu. Azərbaycanın kürüsünün xarici bazara çıxarılması imkanları yarandı. AQTA gələndən bəri dəri məsələsi start götürdü. Dərinin tükləri arasında həm də bitki mənşəli bakteriyalar olur. Digər tərəfdən sual yaranır ki, dəriyə heyvan mənşəli, yoxsa bitki mənşəli bir mal kimi baxaq?.. Nəhayət ki, onu həll etdilər. Qoyun və mal dərisini bazara çıxarıblar. Əslində heç bir böyük uğurdan danışmaq olmaz. Yalnız Rusiya bazarı ilə iş görülüb və malın çeşidi artmayıb. Mən çox istərdim ki, AQTA-nın nizamnaməsində əsas duran məsələ və bəzəndə gözlə görülməyən lakin mahiyyətində olan Azərbaycan mallarının xarici bazara çıxarılması həll olunsun. Azərbaycan kənd təsərrüfatı ölkəsidir və heç vaxt sənaye ölkəsi olmayacaq. AQTA-nın işində yaxşı haldır ki, Rusiya ilə əməkdaşlıq qura biliblər və malların çeşidi yox özü artıb. Düşünürəm ki, 4 il ərzində AQTA malların çeşidini artırmağa nail olmalı idi. Təəssüflər olsun ki, bu hədəfə nail ola bilməyib. AQTA-nın bu işini mən mənfi və qeyri qənaətbəxş qiymətləndirirəm. Azərbaycanın digər mallarınında xarici və Avropa bazarlarına çıxarılmasının tərəfdarıyam. AQTA-dan qabaq Yeni Zellandiyada nar şirəsi gördüm və həddən artıq sevindim. Başqa ölkələrə gedəndə daim Azərbaycan mallarını axtarıram. Təəssüf ki, çox zaman tapa bilmirəm. Kanadada məsələn Azərbaycan kürüsünə deyil, İran kürüsünə rast gəlmişəm. AQTA o zaman fəxr etməlidir ki, malların çeşidini artıra bilsin. Miqdarını artırmaqa gəldikdə onsuz da bazar tələb və təklif yönündə işləyir. Rusiya bazarında tələb varsa gəlib aparacaqlar. Bizə çeşidin artması lazımdır. Təəssüf ki, bu bizdə yoxdur. AQTA ancaq dəri ilə fəxr edə bilər.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol