
Fermerlər məhsullarını Bakıya gətirə bilmir -AÇIQLAMA
Yusif Nəzərli
12:51 14.09.2025
İqtisadiyyat
672
Soyuducu anbarlar və xüsusi nəqliyyat məsələsi dövlət dəstəyi və ya güzəştli kreditlərlə həll olunmalıdır
Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında regionlarda kənd təsərrüfatı məhsullarının satışındakı çətinliklər gündəmə gətirilib. Komitə üzvü Razi Nurullayev çıxışında bildirib ki, fermerlərin və kənd əhalisinin yetişdirdiyi məhsulların bazara çıxarılmasında ciddi maneələr mövcuddur. Onun sözlərinə görə, vətəndaşların öz evlərində hazırladıqları məhsulları sərbəst şəkildə sata bilməsi vacibdir. Deputat həmçinin bal istehsalı və satışında mövcud problemlərin də diqqət mərkəzində saxlanılmasının zəruriliyini vurğulayıb.
İqtisadçı-ekspert Rauf Qarayev Sherg.az-a bildirib ki, regionlardan Bakıya məhsul çıxarılmasında bir neçə ciddi maneə mövcuddur:

“Fermerlərin yetişdirdiyi məhsulu paytaxta gətirmək üçün xüsusi soyuducu və ya daşımaya uyğunlaşdırılmış avtomobillər olmalıdır. Bu imkanlar olmadığına görə çox vaxt vasitəçilər işə qoşulur. Nəticədə məhsulun qiyməti süni şəkildə artır, fermerin qazancı azalır.
Bəzi iri alıcılar bazara çıxışda dominant mövqe tutaraq fermerlərin sərbəst satış imkanlarını məhdudlaşdırırlar. Bu səbəbdən fermerlər məhsullarını daha aşağı qiymətə həmin vasitəçilərə satmağa məcbur qalırlar. Region fermerləri məhsulu paytaxt yarmarkalarına çıxarmaq istəyəndə ciddi yaşayış xərcləri ilə üzləşirlər. Hotellərin baha olması onların məhsulu birbaşa satmasına imkan vermir. Çox vaxt yarmarkalara məhsul gətirib, oradakı alverçilərə sataraq geri qayıdırlar”.
Çıxış yollarına gəldikdə isə ekspert bildirib ki, regionlarda məhsulların toplanması üçün logistika mərkəzləri qurulmalıdır. Oradan məhsul birgə şəkildə paytaxta və digər iri şəhərlərə daşına bilər:
“Soyuducu anbarlar və xüsusi nəqliyyat məsələsi dövlət dəstəyi və ya güzəştli kreditlərlə həll olunmalıdır. Fermerlər üçün satış kooperativləri yaradılmalı, onların birgə hərəkəti təmin edilməlidir”.
Ekspertin sözlərinə görə, məhsul istehsalının özündə də bir sıra çətinliklər mövcuddur:
“Bir çox bölgədə su çatışmazlığı məhsulun həcminə və keyfiyyətinə mənfi təsir edir. Fermerlər müasir aqrotexniki vasitələrə çıxışda çətinlik çəkirlər, bu da məhsuldarlığı azaldır. Bazar tələbləri. Xüsusilə turistlər üçün nəzərdə tutulan nümunəvi bazarlarda məhsulun yalnız dadı və keyfiyyəti deyil, həm də görünüşü, qablaşdırması və təqdimatı vacibdir. Fermerlərin əksəriyyətində bu standartlara uyğunlaşdırma imkanı yoxdur. Bu problemlərin həlli üçün dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilməli, fermerlərə həm maddi, həm də maarifləndirmə dəstəyi göstərilməlidir. Əks halda, kənd təsərrüfatında istehsal artsa belə, məhsulun bazara çıxışı və real satış imkanları zəif qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm