Kitab nəşri üzərindən əlavə dəyər vergisi götürüləcək
Məlahət Rzayeva
03:38 10.09.2021
İqtisadiyyat
768
Parlamentdə qanun layihəsi müzakirəyə çıxarılacaq
Şahbaz Xuduoğlu: "Kitab da, qəzet də cəmiyyətin mədəniyyət göstəricisidir"
Kitab nəşri üzərindən ƏDV-nin qaldırılacağı gözlənilir. “Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu “Şərq”ə açıqlamasında bununla bağlı Milli Məclisin İqtisadiyyat komitəsində qanun layihəsi hazırlandığını dedi:
- Bu məsələ parlamentdə dəfələrlə qaldırılıb. Millət vəkilləri təklif səsləndirib. Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva da həmçinin. Biz İqtisadiyyat komitəsinin sədri ilə də görüşmüşük və kitab üzərindən vergi yükünün qaldırılmasını müzakirə etmişik. İqtisadiyyat komitəsi bununla bağlı qanun layihəsi hazırlayıb. Məndə olan məlumata görə, parlamentin payız sessiyasında layihə müzakirəyə çıxarılacaq.
Qanun layihəsində nələr nəzərdə tutulur?
Ş.Xuduoğlu qeyd etdi ki, kitaba aid hər şey nəzərə alınmalıdır. Kitab nəşri, kağız, kitab satışı, kitab məhsulları...
- Gözləyək, görək layihə hansı formada olacaq. Bizi narahat edən əsas məsələ ƏDV-dir. Kitab nəşrinə 18 faiz əlavə dəyər vergisi müəyyən edilib. Bu, kitab nəşrinin qiymətini 20 faiz artırır. Nəşrin qiymətinin yüksək olması, o deməkdir ki, satış da bahadır. Hazırda kitab nəşri üçün gərəkən kağızın 1 tonu üçün 1500 ABŞ dolları ödəyirik. Bunun üzərində əlavə 18 faiz də var – ƏDV olaraq. Hesab edin ki, bu 18 faiz satışın da üzərinə əlavə olunur. 18 faiz olmasa, görün, kitab nəşrinin qiyməti nə qədər azalar. Kitabın da qiyməti əlçatan olar. ƏDV kitab nəşrinə böyük bir əngəldir və biz bunun qaldırılmasını istəyirik.
Ş.Xuduoğlu bildirdi ki, qonşu Gürcüstanda kitab nəşrinə ƏDV ləğv edilib. Qardaş Türkiyədə də kitab nəşrinə ƏDV yoxdur. Qalıb bircə Azərbaycan:
- Bu, kitaba münasibətdir. ƏDV qaldırmaqla dövlət cəmiyyətə bir mesaj verir ki, kitab cəmiyyətin və mədəniyyətin bir parçası olaraq vacibdir. Yaşamalıdır, böyüməlidir. Dövlət bununla cəmiyyəti və mədəni dəyərləri üstün tutduğunu göstərir. Kitab nəşri üzərindən ƏDV qaldırılsa, bu, mütərəqqi bir addım olacaq.
Ümumiyyətlə, istər kitab, istərsə də qəzetlər, mətbuat oxu mədəniyyətini stimullaşdırır. Yazmağı, yaradıcılığı da stimullaşdırır. Yeni əsərlər yazılır, çap olunur, son zamanlar görürük ki, bu əsərlər adətən internet resurslara yerləşdirilir, onlayn oxunsun deyə. Amma kitab mağazasına gedib oradakı kitablara göz gəzdirmək, kitab almaq, bu kitabı vərəqləmək, oxumaq, tamam başqa hisslərdir.
Bu, mədəniyyət nümunəsidir. Kimsə deməsin ki, kitab ötən əsrdə qaldı, necə ki, bunu qəzetlər barədə deməyə, “sübut etməyə” çalışırlar. Faydasızdı. Kitab da, qəzet də cəmiyyətin mədəniyyət göstəricisidir. Savadlılıq göstəricisidir. Kübarlıq göstəricisidir. Bizim də istəyimiz budur ki, kitab ƏDV yükündən azad edilsin. Yükü azalsın. ƏDV altında əzilməsin.
Çünki təhlükəli vəziyyət yaranıb. Kitab nəşri aradan çıxır. Bu gedişlə, yəni dəyişiklik olmasa tamam itib gedəcək. Kitabın cəmiyyətimizdən gedişinin qarşısı alınmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm
Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb
16:33 31.07.2026
Hadisə
Seutaya miqrant axını təsadüfi deyil, kənardan idarə olunur - ŞƏRH
16:25 31.07.2026
Gündəm
Küveyt ordusu İran dronlarını məhv etdi
16:14 31.07.2026
Dünya
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
15:51 31.07.2026
Elm və Təhsil
NATO Avropada nüvə silahlarının artırılması planı üzərində işləyir
15:09 31.07.2026
Dünya
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya