Komitələr birgə iclas keçirdi: Nazir müavini deputatların büdcə ilə bağlı təkliflərinə baxıldığını deyib
Ayyət Əhməd
13:23 18.11.2019
İqtisadiyyat
597
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.
Sherg.az-ın xəbərinə görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə gündəlikdəki məsələ barədə məlumat verib.
Sonra maliyyə nazirinin müavini Azər Bayramov birinci oxunuş zamanı parlamentdə keçən gərgin müzakirələrdə millət vəkillərinin verdikləri təkliflərə baxıldığını bildirib. Nazir müavini qeyd edib ki, gələn ilin dövlət büdcəsində bir sıra təkliflərin nəzərə alınması üçün əlaqədar nazirliklərlə birgə məsləhətləşmələr aparılır.
Komitələrin birgə iclasında çıxış edən deputatlar Vahid Əhmədov, Fazil Mustafa, Rüfət Quliyev, Aydın Hüseynov, Kamran Nəbizadə, Aydın Mirzəzadə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə fikirlərini bildirdilər, təkliflərini diqqətə çatdırıblar.
Millət vəkilləri Azərbaycan Prezidentinin yürütdüyü iqtisadi siyasətdən razılıq ifadə ediblər. Ölkədə kiçik və orta sahibkarlığın inkişafı, turizmin genişlənməsi, ali məktəblər üçün yeni korpusların və tələbə yataqxanalarının tikilməsi, təhsil kreditinin verilmə mexanizminin müəyyənləşdirilməsi, investisiya proqramlarının həyata keçirilməsi və digər məsələlər önə çəkilib.
Müzakirə zamanı Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deputatların çıxışlarına münasibət bildiriblər.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihələrdən danışıb, gələn ilin dövlət büdcəsinə dair qeydlərini çatdırıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə qeyd edib ki, yeni büdcə ilində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarla yanaşı ixrac bazarının da genişləndirilməsi, bir sıra layihələrin gerçəkləşməsi üçün özəl investisiyanın cəlb olunması və s. prioritet məsələlərdəndir.
Bundan sonra Maliyyə nazirinin müavini Azər Bayramov deputatların suallarını cavablandırıb.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil