Mikayıl Cabbarov: "Bu günədək aqroparklara 1 mlrd. manatdan çox özəl investisiya qoyulub"
Yusif Nəzərli
08:10 01.10.2021
İqtisadiyyat
929
Azərbaycanda 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 mlrd. manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Nazir əlavə edib ki, aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir. Belə ki, 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, Nazirlik tərəfindən 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi alan 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəşt əldə ediblər. Bu günədək aqroparklara 1 mlrd. manatdan çox özəl investisiya qoyulub.
Nazir qeyd edib ki, indiyədək aqroparklarda ümumi olaraq 5 000-dək insan daimi, 4 500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın hava proqnozu açıqlanıb
12:37 19.09.2026
Ekologiya
20 Sentyabr tarixi dönüş nöqtəsidir - ŞƏRH
12:28 19.09.2026
Gündəm
Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...
12:05 19.09.2026
Dünya
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
11:57 19.09.2026
Hadisə
Elşad Namazov vəzifəsindən ayrıldı
11:39 19.09.2026
Cəmiyyət
Tramp: Çinlə münasibətlərimiz yaxşıdır
11:29 19.09.2026
Dünya
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
11:15 19.09.2026
İqtisadiyyat
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
11:03 19.09.2026
Mədəniyyət
Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb
10:57 19.09.2026
Dünya
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ
10:54 19.09.2026
İnfrastruktur
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
10:52 19.09.2026
Aktual
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
10:45 19.09.2026
Mədəniyyət
Harri Keyn Bundesliqada tarix yazdı
10:37 19.09.2026
Futbol
Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
10:09 19.09.2026
Dünya
Antiterror tədbirləri: DİN-in döyüş yolu
10:06 19.09.2026
Tarix