Nazirlər Kabineti: Yaxın günlərdə avtomobillərin utilizasiya haqqının məbləği barədə qərar olacaq
Nazirlər Kabineti: Yaxın günlərdə avtomobillərin utilizasiya haqqının məbləği barədə qərar olacaq
12:06 30.01.2024
İqtisadiyyat
656
Avtomobillərin utilizasiya haqqının məbləği, güzəşt məbləği və birdəfəlik ödənişin həcminin müəyyənləşdirilməsi ilə bağlı əsas prosedurlar başa çatıb, proses son mərhələdədir.
Bunu açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İbrahim Məmmədov qeyd edib ki. yaxın günlərdə Nazirlər Kabinetinin bununla bağlı qərarı olacaq.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kollegiyasının “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da etdiyi dəyişikliyə əsasən, fevralın 1-dən nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçirilməsinin məqsədlərindən biri də utilizasiya haqqının ödənilməsi barədə sənədin olmasına nəzarəti təmin etmək olacaq.
Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı utilizasiya haqqının yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi də təmin olunmalıdır.
Xatırladaq ki, “Tullantılar haqqında” qanuna əsasən, utilizasiya haqqı iki halda alınacaq. Fevralın 1-dən gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınacaq. Eyni zamanda mütəmadi olaraq dövlət texniki baxışı üzrə utilizasiya haqqı ödəniləcək.
Başqa sözlə, qanuna əsasən, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə dövlət texniki baxışından keçməlidir və bu zaman hər dəfə utilizasiya haqqının ödənilməsi də tələb olunacaq.
Prezident İlham Əliyevin 22 avqust 2023-cü il tarixli sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Müdafiə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla utilizasiya haqqının məbləğini, güzəşt məbləğini və birdəfəlik ödənişin həcmi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməli idi.
Xatırladaq ki, Prezident İlham Əliyevin 27 yanvar tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılıb. Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu sərəncam da 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya