Nazirlər toplaşır: “Türkdilli ölkələr arasında iqtisadi əlaqələr güclənir”
Fidan Həmişəyeva
11:18 07.09.2021
İqtisadiyyat
714
“Bu görüş bütövlükdə türk dünyasının iqtisadi baxımdan inteqrasiyasına xüsusi töhfə verəcək”
Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir çərçivəsində türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək. Həmçinin Türk Şurasının ikinci Biznes mükafatının təqdimetmə mərasimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr edilmiş Biznes Forum təşkil olunacaq.
Görüşün əhəmiyyətini “Sherg.az”a dəyərləndirən millət vəkili, iqtisadçı Vüqar Bayramov qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi imkanları da böyükdür. Onun sözlərinə görə, son illər türkdilli ölkələr arasında xarici əlaqələrin güclənməsi müşahidə olunur:
“Xüsusilə də Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi artaraq 4.5 milyard dollar olub. Növbəti 3 ildə bu rəqəmin 15 milyard dollara çatması üçün hədəflər müəyyənləşib. O cümlədən Azərbaycanla Orta Asiyada yerləşən türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan və Türkmənistanın dostluq yatağının birgə işlənməsi üçün anlaşma imzalanması, Türkiyə ilə Orta Asiya ölkələri arasında ticari əlaqələrin çoxalması kimi faktlar var. Bu faktlar ondan xəbər verir ki, türk dünyası bu gün iqtisadi baxımdan inteqrasiya olunur”.
V.Bayramov onu da əlavə edib ki, Bakıda keçiriləcək görüş bütövlükdə türkdilli ölkələr arasında iqtisadi əlaqələrin güclənməsi baxımından vacibdir:
“Yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həmçinin birgə investisiya qoyuluşlarının həyata keçirilməsi, infrasturuktur layihələrinin reallaşmasında birgə fəaliyyətlərin olması kimi hədəfləri xüsusi qeyd etmək lazımdır. Ölkələr qarşılıqlı olaraq sərmayə qoyuluşlarını artırmaq niyyətindədir. Ona görə də bu görüş bütövlükdə türk dünyasının iqtisadi baxımdan inteqrasiyasına xüsusi töhfə verəcək, həmçinin türkdilli dövlətlər arasında ticari və iqtisadi əlaqələr güclənəcək. Beləliklə, yaxın dövrdə - Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra türk dünyası quru xətlə birləşmiş olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət