Ölkəmiz və bütövlükdə region üçün vacib layihə - TANAP
Fidan Həmişəyeva
11:41 02.12.2019
İqtisadiyyat
790
“Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi, eləcə də onun xüsusi elementi olan TANAP yeni bir mərhələyə qədəm qoydu”. Bu fikirləri Sherg.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
İqtisadçı bildirib ki, TANAP artıq Avropa sərhəddinə qədər uzanıb. Bu isə o deməkdir ki, ölkəmiz mavi qazını yalnız Tükiyəyə deyil, həmçinin Avropa bazarına nəql etmək imkanına malikdir:
“Xüsusən TANAP-ın icrasının 90 faizinin yerinə yetirilməsi ondan xəbər verir ki, Azərbaycan mavi qazının Avropa bazarına çıxarılması praktiki olaraq reallaşacaq. TANAP ölkəmiz və bütövlükdə region üçün vacib layihələrdən biridir. Azərbaycan TANAP vasitəsilə Türkiyə bazarına əlavə olaraq 7 kub milyad metrə yaxın mavi qaz nəql etmək imkanı qazanıb. Eyni zamanda artıq tikintisi başa çatmaqda olan TAP layihəsi vasitəsi ilə Azərbaycan Avropa bazarına birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kub metr mavi qaz nəql edəcək. Bütövlükdə Avropa və Türkiyə bazarına çıxarılan qazın həcmi 31.5 kub milyarda qədər yüksələcək. Cənub Qaz Dəhlizi eyni zamanda TANAP Azərbaycan üçün strateji mövqeyini daha da möhkəmləndirmək baxımından geosiysi və geoiqtisadi əhəmiyyət daşıyır. Ona görə də TANAP Azərbaycanın regiondakı rolu və mövqeyini göstərən bir layihədir”.
İqtisadçı qeyd edib ki, TANAP layihəsi Azərbaycanın gəlirlərinin artmasına da birbaşa təsir göstərəcək:
“Cənub Qaz Dəhlizi Azərbaycan 100 milyard dollardan artıq gəlir gətirəcək. Bu isə ölkəyə daxil olan valyutanın həcminin artmasına imkan verəcək. Bu layihə Türkiyə və Gürcüstan üçün də vacibdir. Gürcüstan tranzit ölkədir, Türkiyə isə mavi qaz idxalında asılılığını aradan qaldırır. Xüsusən Azərbaycan Türkiyə mavi qaz ixracatında ikinci ən böyük ölkəyə çevrilmək niyyətindədir. Bu isə Azərbaycan-Türkiyə-Gürcüstan strateji əməkdaşlığının daha da güclənməsinə təkan verir. Bütövlükdə TANAP Türkiyənin enerji təhlükəsizliyinin formalaşmasına, Cənub Qaz Dəhlizi isə Türkiyə ilə yanaşı Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən bir layihədir. Cənub Qaz Dəhlizi Avropa üçün yeni alternativ mənbədir. Bu da Avopanın enerji təhlükəsizliyinin yenidən işlənməsində xüsusi rola malikdir. Etiraf etmək lazımdır ki, TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan prezidentinin siyasi iradəsi ilə baş verdi. Ölkə başçısının da qeyd etdiyi kimi Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxları ümid etmirdi. Çünki layihənin maliyyələşmə məsələləri var idi. Azərbaycanın təşəbbüsü və dəstəyi olmasaydı, Cənub Qaz Dəhlizi layihəsi reallaşmazdı. Bu layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əməkdaşlığı daha da gücləndirdi, maliyyə imkanlarının stabil olduğunu və praktiki olaraq hansısa yubanma olmadan maliyyələşdirmənin həyata keçirilməsini tətbiq etmiş oldu. Ona görə də TANAP Azərbaycanın region üçün reallaşdırdığı bir təşəbbüsdür. Bütövlükdə region hələ uzun müddət ölkə prezidentinin siyasi iradəsi əsasında bu layihədən faydalana biləcək. Eyni zamanda xeyli sayda ölkələr bu layihədən faydalanaraq enerji təhlükəsizliyini formalaşdırmış olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya