Özbəkistan səfiri: Azərbaycanda istehsal olunacaq avtomobillərin sayını 30 minə çatdırmaq istəyirik
Özbəkistan səfiri: Azərbaycanda istehsal olunacaq avtomobillərin sayını 30 minə çatdırmaq istəyirik
08:07 25.01.2024
İqtisadiyyat
589
2021-ci ildə ilk dəfə olaraq Özbəkistan zavodu Hacıqabul Sənaye Məhəlləsində fəaliyyətə başlayıb.
Bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Bakı Dövlət Universitetində Azərbaycanda Özbəkistanın Elm və Mədəniyyət günlərinə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, zavod hazırda böyük tələbat doğuran 6 növ avtomobil istehsal edir.
“Bura Onyx, Cobalt və digər modellər daxildir. İşə başlayan zaman ilk mərhələ olaraq böyük hissələrin yığılmasına başlanılıb. Hazırda isə yerli istehsalın həcmini artırmağa yönələn işlər aparırıq, məqsədimiz avtomobil istehsalı üçün lazım olan ehtiyat hissələrinin 30 faizə qədərini Azərbaycanda istehsal etməkdir”.
Səfir növbəti mərhələlərdə isə bunu daha da artırmaq niyyətinin olduğunu deyib.
“Azərbaycanda il ərzində Özbəkistan zavodu və yerli müəssisələrin qarşılıqlı əməkdaşlığı nəticəsində istehsal olunacaq avtomobillərin sayını 30 minə çatdırmaq istəyirik. Bunun üçün yeni sexlərin tikilməsi artıq nəzərdə tutulub. Biz yerli istehsalın artırılması və Hacıqabuldakı zavodun ətrafında orta və kiçik müəssisələrin yaradılması üzərində işləyirik. Azərbaycanın İqtisadiyyat Nazirliyi və İqtisadi Zonaların İnkişafı Agentliyi ilə birgə çalışırıq. Biz təkcə maşınqayırma sahəsində deyil, həmçinin elektrik avadanlıqlarının istehsalı sferasında da birgə əməkdaşlıq etmək istəyərdik, çünki bizim tekstil, pambıqçılıq və digər müxtəlif sahələri əhatə edən xeyli sayda layihələrimiz var və nazirliklə, təşkilatlarla, maraq göstərən qurumlarla birgə nəzərdən keçiririk. Özbəkistandan olan investorları Azərbaycana və sizin ölkənizin investorlarını Özbəkistana dəvət edirik. Burada bizə iki ölkə liderlərinin təşəbbüsü əsasında qurulan 500 milyon dollar kapitalı olan İnvestisiya Fondu da çox kömək edir. Həmin fonda həm Özbəkistan həm Azərbaycan sahibkarları öz layihələrinin maliyyələşdirilməsinə dəstək üçün müraciət edib, layihələrini təqdim edə bilərlər”, - o deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünya çempionatı: Uşanqi Kokauri finala yüksəldi - YENİLƏNDİ
15:21 10.10.2026
İdman
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
14:30 10.10.2026
Hadisə
Şahbaz Şərif İlham Əliyevə zəng edib
14:17 10.10.2026
Gündəm
“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən xəbərdarlıq
13:18 10.10.2026
Mədəniyyət
135 min nəfərlik nəhəng stadion inşa edilir
13:15 10.10.2026
İdman
Panamada zəlzələ: 27 nəfər xəsarət alıb, 400-dən çox bina zədələnib
12:58 10.10.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı
12:57 10.10.2026
Hadisə
90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik
12:52 10.10.2026
İqtisadiyyat
ABŞ-da atışma nəticəsində 5 nəfər öldü
12:47 10.10.2026
Dünya
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı
12:39 10.10.2026
İdman
Yağışlı hava qəzaya səbəb ola bilər: DYP-dən vacib çağırış
12:16 10.10.2026
İnfrastruktur
35 yaşından sonra yürüşə başlayanlar nələrə diqqət etməlidir?
11:39 10.10.2026
Sağlamlıq
Türkiyədə 3 400 il əvvələ aid kral arxivi aşkarlanıb
11:33 10.10.2026
Tarix
Venger FİFA prezidentliyinə namizəd ola bilər
11:15 10.10.2026
Futbol