Prezident: "Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır"
19:23 16.10.2019
İqtisadiyyat
1134
"Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti bildirib:
“Gələn ilin büdcəsi ilə əlaqədar tapşırıqlar verildi. Hökumət üzvləri artıq neçə vaxtdır ki, işləyirlər. Deyə bilərəm ki, gələn ilin büdcəsi həm sosial yönümlü olmalıdır, həm investisiya yönümlü olmalıdır. Gələn il də biz ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır. Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin və tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq və beləliklə, əminəm ki, eyni, deməli, həcmdə olan işi az vəsaitlə biz edə bilərik.
Buna nail olmaq üçün ilk növbədə şəffaflıq və dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Və bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər, hər bir ilin sonunda büdcə müzakirə olunarkən, belə sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, bu rəqəmi sən haradan götürürsən, məsəl üçün bu, nə bilim, bəndi tikmək üçün, yolu çəkmək üçün, kabeli çəkmək üçün bu qədər vəsait. Hardan götürürsən bunu? Havadan. Sonra araşdırma aparılır. Görülür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdi nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə burada Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, yaxud da hökumət - təkcə onların boynuna bunu atmaq olmaz ki, onlar da belə nəzarətçi kimi bütün o şişirdilmiş rəqəmləri təhlil etsinlər və real rəqəmləri çıxartsınlar. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar və əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olarlar və hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq, amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzasını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırlmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik.
Ona görə indi gələn həftələr ərzində büdcənin gələcək parametrləri ilə əlaqədar çox fəal iş aparılmalıdır. Bugünkü müşavirə, o cümlədən bu məsələyə həsr olunub. Ona görə istərdim ki, indi burada gələn ilin büdcəsi ilə əlaqədar fikirlər və təkliflər səslənsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi