Problemi krediti olanların nəzərinə: Siyahı hazırlandı
10:47 17.10.2019
İqtisadiyyat
977
602 min vətəndaşın kompensasiya, 300 mindən artıq vətəndaşın isə kreditlərin restrukturizasiyası çərçivəsinə düşməsi ilə bağlı siyahı müəyyən edilib. Bu siyahı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədardır.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yaydığı məlumatda bildirilib.
2019-cu il oktyabrın 1-i tarixinə kompensasiya hesablanmış vətəndaşların 98%-nə ümumilikdə 633.2 milyon manat həcmində ödənişlər olunub. Bu isə cəmi ayrılmış məbləğin 97%-ni təşkil edir:
Eyni zamanda, fərman çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinən faiz və dəbbə pullarının həcmi 204.9 milyon manatdan çox təşkil edib.
Palatanın məlumatında qeyd olunub ki, 42 min borcalanın kreditləri tamamilə bağlanıb, problemli kreditlərin illik 1% olmaqla 5 il müddətinə restrukturizasiyasına başlanılıb.
1 oktyabr tarixinə 76 334 borcalanın 153.8 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib. Qeyd edək ki, restrukturizasiya prosesi cari ilin sonunadək davam edəcək.
Bunlarla yanaşı, hesablanmış kompensasiya məbləğləri və vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası ilə bağlı yaranan narazılıqlarla əlaqədar vətəndaşların müraciətlərinə baxılması və həlli məqsədilə Apellyasiya Komissiyası yaradılıb.
Vətəndaşların onlayn qaydada müraciət etmək imkanlarının təmin edilməsi məqsədilə Apelyasiya Komissiyasının elektron portalı (www.ak.fimsa.az) da istifadəyə verilib.
Müraciətlərin edilməsi prosesində vətəndaşların rahatlılığının təmin olunması nəticəsində ilkin dövrlərdə Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olub.
Xüsusilə, cari ilin aprel-may aylarında Apellyasiya Komissiyasına daxil olan müraciətlərin sayı 35 917, müraciətçilərin sayı isə 25 704 olub.
Müraciətlərin çoxluğuna və əksər hallarda fərdi qiymətləndirməyə zərurətin yaranmasına baxmayaraq, həmin dövrdə edilmiş bütün müraciətlər cavablandırılıb.
Palata bildirir ki, bütövlükdə, 15 oktyabr 2019-cu il tarixinə Apellyasiya Komissiyasına 27 384 nəfər vətəndaşdan müraciət daxil olub.
Bunlardan 27 095 vətəndaşın müraciəti cavablandırılıb, 289-u isə hazırda Apellyasiya Komissiyasında baxılma mərhələsindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə