Qeyri-neft sektoru özünün inkişaf dövrünü yaşayır - ŞƏRH
Turan
11:24 17.10.2019
İqtisadiyyat
1195
“Azərbaycanda ÜDM-nin 85 faizindən çoxu qeyri-neft sənayesinin üzərində formalaşıb. Deməli, Azərbaycanda qeyri-neft sektoru özünün inkişaf dövrünü yaşayır və ölkə iqtisadiyyatının lokomativinə çevrilir”.
Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial iqtisadi siyasət uğurlu nəticələr göstərir:
“Cari ilin 9 ayının iqtisadi göstəriciləri də ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticələridir. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı 9 ay müddətində 2.5 dəfə artıb. Ölkə iqtisadiyyatı inkişaf dinamikasını qoruyub saxlayıb və yeni hədəflərə çatır. Cari ilin ötən müddətində ölkəmizdə qeyri-neft sektoru 3 faiz, qeyri-neft sənayesi 15 faiz artıb. Bu, dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq artımdır. Ölkəmizdə polietilen və digər zavodların fəaliyyət göstərməsi də Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafına təkan verir”.
Parlament üzvü vurğulayıb ki, ötən 9 ayda Azərbaycanın kənd təsərrüfatı sahəsinin inkişafında da mühüm nailiyyətlər əldə etməyə imkan verib:
“Bu müddət ərzində kənd təsərrüfatı sahəsində 7 faizdən çox artım qeydə alınıb. Son dövrlər ölkəmizdə aqrar sahə ilə bağlı mühüm islahatlar həyata keçirilir. Bundan əvvəlki illərdə biz Azərbaycanda kənd təsərrüfatının artımına nəzərə salsaq, o zaman da investisiyalar qoyulduğunu, müxtəlif dəstəklərin edildiyini görərik. Amma buna baxmayaraq əvvəlki illərdə kənd təsərrüfatında cəmi 2-3 faiz artım olurdu. Lakin bu ilin 9 ayında sözügedən sahədə mühüm artımın qeydə alınması, aqrar sahədə yanaşmanın doğru olduğunu bir daha təsdiqlədi. Həm subsidiyaların vaxtında ünvana çatdırılması, həm kənd təsərrüfatının inkişafı istiqamətində atılan addımların uğurları, həm də məmur fermer münasibətlərinin müsbət mənada dəyişməsi bu sahənin inkişafına öz töhfəsini verib”.
Millət vəkili bəyan edib ki, 9 ay ərzində inflyasiyası 2 faizdən biraz artıq qeydə alınıb:
“Bu, çox gözəl göstəricidir. Bildiyiniz kimi bu il çox ciddi və böyük sosial paketlərin reallaşması nəticəsində 4 milyondan çox insanın maddi vəziyyəti yaxşılaşıb. Bu layihələrin reallaşmasına milyonlarla vəsait xərclənməsinə baxmayaraq, inflyasiyasınıın 2 faiz səviyyəsində qalması çox uğurlu nəticədir. Azərbaycanda düzgün pul kredit siyasəti həyata keçirilir. Ölkədə ixrac potensialının artması nəticəsində ölkəmizə əlavə valyuta gəlir. Bu da ölkəmizin iqtisadiyyatının dinamikliyini qoruyub saxlayır. Beynəlxalq reytinq təşkilatları tərəfindən, Dünya Bankının “Doing Bisness” hesabatında Azərbaycanın biznes baxımından 25-ci yerdə qərarlaşması dünya ölkələri arasında ölkəmizin güclü iqtisadi mövqeyinin göstəricisidir. Davos İqtisadi Forumunun açıqladığı hesabatda Azərbaycanın 58-ci yerdə qərarlaşmasını ölkəmizdə aparılan iqtisadi islahatların uğurları kimi qeyd etmək olar. Sözügedən hesabatda Azərbaycan mütəşşəkil cinayətkarlıq üzrə dünya üzrə 18-ci yerdə qərarlaşıb. Polisə etimada görə Azərbaycan 30, yol infrastrukturna görə isə 27-ci yerdədir. Ötən ilki göstəricilərlə müqayisədə Azərbaycanın irəlilədiyini görürük. Bundan başqa, elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdə, biznesi başlamaq baxımından biz 8-ci yerdəyik. Bütün bu göstəricilər deməyə imkan verir ki, Azərbaycanda ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət insanların sosial rifahına, ölkəmizin inkişafına istiqamətlənib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi