Qiymətlər bahalaşır!- “Bazar inhisarda, rəqabət mühiti yox...”
Fidan Həmişəyeva
10:24 31.08.2021
İqtisadiyyat
696
Son zamanlar ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Məlumdur ki, pandemiya ilə əlaqədar olaraq xarici ölkələrdən ərzaq idxalı məhdudlaşdırılıb. Çox güman ki, qiymət artımının tutarlı səbəblərindən biri budur. Lakin mövcud durum əhali arasında narahatlıq yaradıb.
İqtisadçı-alim Nazim Bəydəmirli bahalaşmaya səbəb olan amilləri “Sherg.az”a sadalayıb. Onun sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində qiymətlər tələb və təklif üzərində qurulur:
“Pandemiya dövründə müəyyən məhsulların xaricdən gəlişində məhdudiyyətlər var. Daxili istehsalımızla özümüzü tam təmin edə bilmirik. Beləliklə, tələb artdığı üçün qiymət bahalaşır və yerli məhsullarla xaricdən gələn məhsulları əvəz etmək vaxt aldığından qiymətlər qalxır”.
N.Bəydəmirli qeyd edib ki, pandemiya dövründə müəyyən məhsulların xaricdən gəlişində məhdudiyyətlər var:
“Süni qiymət artımı Gömrük Komitəsi tərəfindən əsassız olaraq gömrük bəyannamələrində artırılır. Beləliklə, sahibkarlara müəyyən məhdudiyyət yaradılır. Nəticədə qiymət artımı baş verir. Azərbaycanda ən böyük problemlərdən biri də məmur sahibkarlığıdır. Hansı ki, bazarı inhisarda saxlayır, rəqabət mühitini pozur. Bu zaman da qiymətlər normallaşa bilməz. Baxmayaraq ki, yay mövsümüdür, meyvə-tərəvəzlərin bol olduğu zamanda belə qiymətlər bahadır. Qiymətlərin aşağı salınması barədə isə ümumiyyətlə düşünülmür. Pandemiyanın kəskin bir zamanında normal qidalanma mümkün deyilsə, vətəndaşların xəstəliklərə qarşı müqaviməti də az olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm