
“Rusiya “ərzaq silahı”ndan istifadə edəcək" – Dünyaya təzyiq!
Yusif Nəzərli
12:48 02.06.2022
İqtisadiyyat
677
Rusiya və Türkiyə dövlət başçıları razılığa gəliblər. Türkiyə Ukrayna limanlarının minalardan təmizlənməsinə kömək edəcək.Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Saudiyyə Ərəbistanına səfərindən sonra keçirilən mətbuat konfransında bildirib. Rusiya XİN başçısı diqqətə çatdırıb ki, Putin və Ərdoğan arasındakı söhbətdən sonra razılıq əldə olunub:"Türkiyəli həmkarlarımız Ukrayna limanlarının minalardan təmizlənməsini təşkil etməyə kömək etməyə çalışacaq".

Politoloq Sədrəddin Soltan "Sherg.az"a açıqlamasında bildirib ki, Ukrayna taxıllarının dünya bazarına çıxarılması məsələsi çox ciddi problemdir və Amerika rəhbərliyi bunu Rusiyanın əlində “ərzaq silahı” kimi adlandırır:
"Rusiya Ukrayna taxılının dünya bazarına çıxmasının qarşısını almaqla ölkələri apardığı müharibədə Qərbə təzyiq vasitəsi kimi istifadə edir. Ona görə də taxıl məsələsi probleminin tezliklə həll olacağını düşünmürəm. Müəyyən qisim blokada olan taxıl dolu gəmilərin Türkiyə vasitəsilə dünya bazarına çıxarılması mümkündür. Amma yaxın zamanda məsələnin tam həll olunacağı inandırıcı deyil.
Lavrovun bu tip bəyanat verməsi də daha çox diplomatik xarakter daşıyır. Çünki onun Səudiyyə Ərəbistanına, ərəb ölkələrinə səfəri zamanı dünya bazarına neftin hasilatını artırmamaq məqsədi güdür. Bəlli olur ki, Rusiya neftinə embarqo qoyulandan sonra dünya iqtisadiyyatında qıtlıq yarana bilər.
Rusiya neftini əvəz etmək üçün Səudiyyə Ərəbistanı dünya bazarına neft çıxaracağını öhdəsinə götürüb. Deməli, Rusiya XİN başçısının Səudiyyə Ərəbistanında səfəri uğursuzdur. Bu baxımdan Rusiya neft silahından dünya siyasətinə tutduğu mövqeyə görə, təzyiq edə bilmir. Belə olduğu halda ərzaq silahından istifadə edəcək".
S.Soltanın qənaətincə, Putinin Türkiyəyə səfəri daha çox ikitərəfli münasibətlərin tənzimlənməsi ilə bağlı ola bilər:
"Həmçinin Ukraynanın, Avropanın, Qərbin Rusiyaya çatdırmaq istədiyi hər hansı fikirlərın Türkiyə vasitəsilə həyata keçiriləcəyi ehtimalı mümkündür. Zənn etmirəm ki, Rusiya prezidentinin Türkiyəyə səfəri Ukrayna probleminin kökündən həllinə hesablansın və ya ciddi təsir göstərsin. Çünki Ukrayna rəsmiləri Kreml qoşunlarının ölkədən tamamilə çıxarılmasını tələb edirlər.
Bu israr qarşılığında alternativ yoxdur. Rusiya artıq Ukraynanın iki vilayətində qondarma respublikaları tanıyıb. Beynəlxalq hüququ pozmuş bir dövlətin Ukraynanın haqqını bərpa edəcəyi çox çətin görünür. Odur ki, Putinin gələcəkdə Türkiyəyə səfəri, yaxud da aralarındakı hər hansı danışıqlar ciddi heç nə vəd etmir.
Çünki Rusiya da mövqeyindən geri çəkilmək niyyətində deyil. Belə bir şəraitdə vəziyyəti elə yalnız Ukrayna və Kreml hakimiyyəti düzəldə bilər. Bunun üçün rəsmi Kiyev hökumətinin iddiaları yerinə yetirilməlidir. ABŞ prezidenti Cozef Bayden də son zamanlar çıxışlarında bu məsələyə toxunur.
O, bildirir ki, ABŞ Ukrayna demokratiyasını, ərazi bütövlüyünü və suverenliyini müdafiə edir. Bu da öz növbəsində Putinin xarici ölkələrə hər hansə səfərində müsbət nəticə ilə bitəcəyi ehtimalını azaldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region