Savaş dayanandan sonra qızıı bahalaşa bilər -İqtisadçı

ABŞ-İran qarşıdurmasının dünya bazarında qiymətli metalların qiymətinin qalxacağı ehtimalını artırırdı. Lakin hazırda fərqli tendensiya yaşanır. Birləşmiş Ərəb Əmirlikləri kimi varlı bir ölkədə qızılın qiyməti kəskin şəkildə enib.

İqtisadçı Xalid Kərimli Sherg.az-a açıqlamasında bildirdi ki, qlobal geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənlik fonunda qızılın qiyməti artmaqda davam edirdi, çünki qızıl hər zaman etibarlı sığorta aləti hesab olunur:

- Amma hazırda Yaxın Şərqdəki məlum gərginlik səbəbindən daşınma çətinlikləri yarandığından qızılın qiymətində enmə müşahidə edilir. Hesab edirəm ki, bu müvəqqətidir və regionda sabitlik bərqərar olduqdan sonra, qiymətlər əvvəlki səviyyəyə çatacaq, hətta bahalaşma da olacağı da gözləniləndir.