Saxta yollarla sosial yardım almaq mümkün olmayacaq: Ciddi monitorinq aparılır
Turan
07:51 29.10.2019
İqtisadiyyat
1192
“Bu il ərzində 2500-ə qədər saxta əlilliyi olan şəxsin statusu ləğv olunub”. Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir vurğulayıb ki, nazirlik tərəfindən ünvanlı sosial yardımla bağlı monitorinqlər davam edir: “Müxtəlif istiqamətlər üzrə saxtakarlıq hallarına qarşı mübarizə aparırıq. Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı dayandırılır. Bununla bağlı görüləcək işlərdən biri də ünvanlı sosial yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə əlaqədar müxtəlif tədbirlər görülür”.
S.Babayevin sözlərinə görə, ünvanlı yardım insanların işləməməsi üçün stimul olmamalıdır: “Tam əmək qabiliyyətli, hər hansı üzrlü səbəb olmadan işləməyən insanların çalışması məcburi sayılır. Çox təəssüf ki, bu istiqamətdə bəzi işbazlar saxta əmək müqavilələri əldə etməyə çalışırlar. Məlum olub ki, bəzi şirkətlərin onlarla, yüzlərlə ünvanlı sosial yardım alan işçisi var”. Nazir əlavə edib ki, elektron sistem üzərindən araşdırma aparılır: “Risk kateqoriyasına daxil olan 3000-dən çox şəxs var. Bu araşdırmanın nəticələri barədə ay ərzində əlavə məlumat veriləcək. Vətəndaşlarımıza bununla bağlı bir daha müraciət edərək demək istəyirəm ki, ünvanlı yardıma görə, müraciət üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Bunun üçün tam şəkildə elektronlaşdırılmış müraciət forması mövcuddur”.
Nazirin qaldırdığı məsələni “Şərq”ə dəyərləndirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı təqdirəlayiq olsa da, bunun çox gecikmiş addım olduğunu deyib. Ekspertin sözlərinə görə, illərdir bu barədə mətbuatda yazılır, televiziya və radioda deyilir, ancaq iradları vecinə alan olmurdu:
“Minlərlə vətəndaşa rüşvət müqabilində, saxta yollarla sosial yardım təyin olunub. Halbuki, əsl ehtiyacı olanlara minbir bəhanə ilə maneə yaradılıb. Hamı da bunu bilirdi. Təəssüflər olsun ki, uzun müddət tədbir görülməyib, nəzarət edilməyib. Hətta həmin yardımın ilk 6 ayını onu təyin edən məmurun götürdüyü heç kimə sirr deyildi. Necə olur ki, bütün ölkə xəbər tutur, amma sosial nazirlik məlumatsız olur?!”.
İqtisadçı bəyan edib ki, bu cür qanunsuz əməllərə yol verənlər cəzalandırılmalıdır:
“Əlbəttə, verilən vəsaitlər onu təyin edən və alan tərəfindən geri ödənməlidir. Əgər alanın geri qaytarması heç cür mümkün deyilsə, o zaman onu təyin edən məmurun müvafiq məbləğdə vəsaiti və ya əmlakı müsadirə olunmalıdır. Əsaslı araşdırmalar aparılmalı və haqqı olub ala bilməyən vətəndaşlara yardım və ya müavinətlər verilməlidir. Neqativ addım atan bütün məmurlar həbs olunmalıdır. Ciddi addımların atıldığını görsək, nazirliyin səmimiyyətinə inanmaq olar. Əks halda, əvvəlki vəziyyət müəyyən formada qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə