Şefçoviç: "Xəzər regionundan qazın Avropaya nəqli üzrə səylər yekun mərhələyə daxil olur"
11:00 15.02.2020
İqtisadiyyat
682
Xəzər regionundan qazın Avropaya nəqli üzrə səylər yekun mərhələyə daxil olur. Bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç öz “Twitter” səhifəsində yazıb. O bildirib ki, Münxen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla görüşüb:
“Biz birlikdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzərində böyük səylə işləmişik. Xəzər regionundan qazın Avropaya nəqli üzrə səylərimiz yekun mərhələyə daxil olur”.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” ilə Azərbaycan qazının Avropaya nəqli bu il başlayacaq.
Dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya