Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq

Gələn il Azərbaycanın sosial müdafiə və sosial təminat xərcləri 0,88 faiz artacaq.

Sherg.az-ın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Gələn il Azərbaycanın sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 916 milyon olacaq. Bu, 2026-cı illə müqayisədə 43 milyon 42 min manat, yaxud 0,88 faiz çoxdur.

Qeyd edək ki, 2026-cı ildə sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 872 milyon 958 min 194 manat olub.