Tarixi qələbə ! - Azərbaycan qazı Avropada...
Banuçiçək Kalbalıyeva
14:16 29.07.2020
İqtisadiyyat
1056
“TAP qaz kəmərinin birləşdirilməsi Avropa üçün də sevindiricidir”
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin tikintisi çərçivəsinda son qaynaq işləri tamamlanıb. TAP konsorsiumundan verilən məlumata görə, kəmərin tikintisi çərçivəsində son borulararası tikişin qaynaq edilməsi tamamlanıb.
“Bu da o deməkdir ki, TANAP ilə İtaliyadakı qəbul terminalı arasında olan 878 kilometrlik hissə birləşdirilib. Bu, Cənub Qaz Dəhlizinin açılması yolunda daha bir mərhələdir”, - məlumatda qeyd edilir.
İyun ayının sonuna olan məlumata görə, TAP-ın inşasına başlanılandan bəri işlərin 96,4 faizi yekunlaşıb.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Bu barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Pərviz Heydərov Cənub Qaz Dəhlizinin əhəmiyyətini yüksək qiymətləndirib:
“Əslində bu ildən etibarən Azərbaycan qazı Avropaya axmalı idi. Sadəcə pandemiya işləri bir az gecikdirdi. Qeyd edim ki, bu layihə Bakı-Tiflis-Ceyhan layihəsindən sonra Cənubi Qafqazda həyata keçirilən ən böyük və əhəmiyyətli işlərdən biridir. Bu, Azərbaycanın növbəti qələbəsidir. Biz öz inadkarlığımızla Azərbaycan qazının Avropaya axmasına nail olduq. Ölkəmiz yükün çox böyük bir hissəsini öz çiyinlərinə götürmüşdü”.
P.Heydərovun fikrincə, TAP qaz kəmərinin birləşdirilməsi Avropa üçün də sevindiricidir:
“Avropanın mavi qaza ehtiyacı kifayət qədərdir. Ona görə də illərdir, Rusiyadan asılı vəziyyətdədir. Qabaqcıl dövlətlər bu asılılıqdan çıxmaqdan ötrü sözün əsl mənasında baş sındırırdı.
Azərbaycanın sözügedən təşəbbüsü isə onlar üçün “göydən düşmə” oldu. Avropanın ilk vaxtlar məsələyə real yanaşmadığını etiraf etməliyik.
Bu, Azərbaycan qazının o qədər də çox olmaması və layihəyə külli miqdarda vəsaitin tələb edilməsi ilə bağlı idi. Ikinci bir tərəfdən isə Avropa Rusiyanın bu işə imkan yaradacağına inanmırdı. Lakin biz şimal qonşumuzu başa saldıq ki, onun üçün heç bir təhlükə yoxdur. Beləliklə, nəhayət, Azərbaycan qazı Avropaya çıxacaq. Bu, böyük qələbədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi