Türkiyənin dəniz ticarəti sahəsində böyük təcrübəsi var
Yusif Nəzərli
22:30 18.07.2022
İqtisadiyyat
727
Bu imkandan yararlanmaq faydalıdır, amma yerli mütəxəssislərin hazırlanmasına da diqqət yetirilməlidir
Türkiyənin "Albayrak Holding" şirkətlər qrupu ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında Bakıda liman terminallarının idarə edilməsinə dair imzalanmış saziş yükdaşımaların inkişafı və axınını sürətləndirəcək. Bu barədə Trend-ə özəl müsahibəsində "Albayrak Holding"in rəhbəri Mehmet Albayrak deyib. Onun sözlərinə görə, "Albayrak" əldə olunan razılaşma çərçivəsində onun icrasını sürətləndirmək üçün lazımi səyləri göstərəcək. "Biz Bakı limanının regionumuzdakı rolunu, eləcə də onun logistik imkanlarını artırmağı hədəfləyirik. Qvineya, Somali, Trabzon limanlarını idarə edirik. Peşəkar kadrlarımız var. Mütəxəssislərimizin Bakı limanına cəlb edilməsi Azərbaycanda ilk dövlət-özəl tərəfdaşlıq çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaradacaq. Biz əlimizdən gələni edəcəyik ki, qısa müddətdə Bakı limanı qovşağa çevrilsin", - deyə o bildirib. Bundan əlavə, Xəzər regionu ölkələrinin yüklərin daşınmasına olan tələbatını ödəmək üçün digər növ yüklərin daşınması üçün infrastrukturun genişləndirilməsi nəzərdə tutulur: "2-3 ildən sonra Bakı limanında bu yük axını xeyli artacaq. Gələcəkdə yeni müqavilələr imzalamağı səbirsizliklə gözləyirik". O, həmçinin qeyd edib ki, Bakı limanı ilə əməkdaşlıq Azərbaycanda iqtisadi əməkdaşlığın daha da inkişafı üçün əsasdır: "Əminik ki, bizim sərmayələrimiz Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, eləcə də yaxşı kənd təsərrüfatı potensialı olan digər rayonların bərpası üçün də faydalı olacaqdır".
İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında bildirdi ki, qardaş Türkiyə dəniz ticarəti sahəsində böyük təcrübəyə malikdir:
- Bu təcrübə əsrlərə dayanır. Hələ Osmanlı dövründə Anadolu dəniz ticarəti sahəsində xeyli inkişaf etmişdi, dünya ölkələri ilə yükdaşımalar həyata keçirilirdi. Məlum məsələdir ki, Türkiyənin dəniz ticarəti sahəsində böyük təcrübəsi var və bu təcrübədən Azərbaycanda da istifadə edilərsə, əlbəttə, müsbət irəliləyişə nail olunacaq. Amma bunu da deməliyəm ki, Azərbaycanın özünün də limanların idarəedilməsi, logistika sahəsində mütəxəssisləri var. Hər nə qədər olsa da, sovet dövründə Bakı limanları ilə yük də daşınıb, sərnişin də. Son dönəmlərə belə bir tendensiya yaranıb, xarici şirkətlərin ölkəyə cəlb edilməsi, bu, yaxşıdır. Elə sahələr var ki, qabaqcıl təcrübə öyrənilməli, mütəxəssislər cəlb edilməlidir. Amma daha yaxşı olar ki, yerli mütəxəssislərimiz hazırlansın. Azərbaycan öz mütəxəssislərini xarici ölkələrə təcrübə toplamağa göndərir, əməkdaşlığın sirlərini öyrənirlər. Bu cür yerli kardlardan istifadə edilməlidir. Kimsə Türkiyənin təcrübəsini dana bilməz. Lakin özümüz də mütəxəssis yetişdirməliyik.
Ə.Həsənov qeyd etdi ki, Bakı dəniz limanı – Azərbaycanın dəniz qovşağı həcmcə elə də böyük deyil. Buradan böyük gəlir əldə ediləcəyini söyləmək çətindir. Amma yenə də, inkişafa xidmət edəcək əməkdaşlıq alqışlanmalıdır:
- Bakı limanı əsasən Xəzər regionu ölkələri ilə birbaşa əməkdaşlıq edir, qarşılıqlı surətdə yükdaşımalar həyata keçirilir. Mümkündür ki, xarici şirkətlər sayəsində, məsələn, Qara dəniz regionu ilə də əməkdaşlıq genişlənsin. Qara dənizə birbaşa çıxış olmasa da, ikinci dövlətlə əlaqələr vasitəsilə üçüncü dövlətlərin limanlarına çıxış imkanları əldə edilsin. Əlbəttə, bu, iqtisadiyyatımız üçün, logistika sahəsində inkişaf üçün önəmlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial