"Yaşıl Enerji" layihəsi: Bu nüans Azərbaycanın enerji-tranzit potensialını artıracaq
Yusif Nəzərli
11:48 13.11.2024
İqtisadiyyat
549
Biz həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında söyləyib.
Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu söyləyən dövlət başçısı qeyd edib:
“Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları iki giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır”.
İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın iştirakçısı və əsas donorlarından biri olan "Yaşıl Enerji" layihəsinin kabellə Xəzər dənizinin o tayından başlayan Orta Asiya respublikalarından keçməklə, Gürcüstan üzərindən Qara dənizin dibi ilə Avropaya çatdırılması çox böyük addımdır:
"Bu, beynəlxalq strukturların da diqqət mərkəzindədir. Həmçinin, layihəyə kifayət qədər maliyyə resursları və kreditlər ayrılıb. Bu nüans Azərbaycanın enerji-tranzit potensialını artıracaq. Əlavə olaraq yeni iş yerlərinin açılmasına səbəb olacaq. Çünki alternativ enerjinin istehsalı üçün yeni qurğular qurulmalıdır. Bu da əlavə iş yerləri yaranması deməkdir. Ümumilikdə götürsək, yeni tendensiya ölkəmizin enerji təchizatçısı imicini və rolunu yüksəldə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual