Yumurta həyəcanı: Qiymət bahalaşdı, istintaq başladıldı
Yusif Nəzərli
00:24 03.06.2022
İqtisadiyyat
684
Türkiyə Rəqabət Qurumu yumurta sektoruna qarşı istintaq başladıb. Səbəb yumurtanın qiymətinin bütün satış mərkəzlərində süni şəkildə eyniləşdirilməsidir. Rəqabət Qurumu hesab edir ki, bu kimi hallar normal rəqabət mühitinə ziyan vurur, süni bahalaşma yaradır. Qurum daxil olan müraciətlər əsasında ortada şübhələr olduğu nəzərə alınaraq yumurta sektorundakı şirkətlərə qarşı iddia qaldırıb. Yumurta İstehsalçıları Mərkəzi Birliyi və birliyə bağlı 25 üzv haqqında istintaq aparılacaq. 25 üzv şirkət Türkiyənin 10-a yaxın bölgəsini əhatə edir.
İstintaq Rəqabət qanununun 4-cü maddəsinin pozulub-pozulmadığını, rəqabət mühitinin süni şəkildə aradan qaldırıldığını araşdıracaq. Bu barədə Türkiyənin "SNN Türk" kanalında məlumat verilib. Bildirilir ki, Rəqabət Qurumu yumurta istehsalçılarının sözü bir yerə qoyaraq yumurta ilə bağlı vahid qiymət müəyyənləşdirdiyindən, Mərkəz Birliyində bütün üzv şirkətlərə yumurta satışını bu qiymətlərlə həyata keçirmək tapşırığı verdiyindən şübhələnir. Rəqabər Qurumu bu durumun rəqabət mühitinə zərbə vurduğunu, süni qiymət artımını şərtləndirdiyini qeyd edir.
Xatırladaq ki, hazırda bizdə broyler yumurtasının qiyməti 19 qəpiyə qalxıb. Belə bir proses bizdə də başlaya bilərmi?
İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında Azərbaycanda uzun illərdir “Rəqabət Məcəlləsi haqqında” qanunun qəbulunun dalana dirəndiyini dedi:
- Əgər “Rəqabət Məcəlləsi haqqında” qanun olsa, süni bahalaşma, qiymət sövdələşmələri indiki kimi asanlıqla həyata keçirilə bilməyəcək. Bu qanun yoxdur deyə, işbazlar rahatlıqla istədiklərini edir. Amma görürsünüz, qardaş Türkiyədə dövlət nəzarəti həyata keçirilir. Baxmayaraq ki, orda da bazar iqtisadiyyatı, sahibkarlıq subyektləri çox inkişaf edib, yerli istehsal, idxal, ixrac məsələlərində özəl sektora geniş hüquqlar, imkanlar verilib, lazım olan anda dövlət problem həll etmək üçün hərəkətə keçə bilir. Bizim ən böyük çatışmazlığımız Rəqabət Məcəlləsinin olmamağıdı. Halbuki, liberal iqtisadiyyatın əsasını bu məcəllə təşkil edir. Ən sağlam iqtisadiyyat Rəqabət Məcəlləsiylə mümkün olur.
Türkiyədə yumurta istehsalçılarının sövdələşməsinə gəlincə, F.İbrahimov bizim bazarda da belə sövdələşmələr aparıldığını bildirdi:
- İri marketlər öz şərtlərini diktə edir. Məhsulun piştaxtaya çıxarılması üçün şərt irəli sürürlər; məhsulu bu qiymətə alacağıq, bu qiymətə satacağıq. Digər marketlər də ucuz satmamalıdır. Qiymət hər yerdə eyni olsun, rəqabət mühiti yaranmasın. Ona görə də ərzağın, digər məhsulların qiymətində bahalaşma gedir. Bununla 20-30 faiz əlavə gəlir əldə edirlər, vətəndaşlarsa məhsul əldə etməkdə maddi sıxıntı yaşayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region