
25 milyon yaşında: Pokemon sifətli antik balina kəşf edildi
14:54 15.08.2025
Maraqlı
611
Avstraliyada 25 milyon illik nadir bir fosil tapılıb. Sevimli görünüşü ilə diqqət çəkən bu növ, balina, fok və bir növ Pokemon qarışığını xatırladır.
Sherg.az xəbər verir ki, Avstraliya sahilində təsadüfən aşkar edilən 25 milyon illik fosil, balinaların təkamül prosesinə işıq sala biləcək nadir və tamamilə yeni bir növün üzə çıxmasına səbəb olub.
Alimlər “Zoological Journal of the Linnean Society” jurnalında dərc olunan araşdırmada bu növü Janjucetus dullardi adlandırıblar.
Tenis topu böyüklüyündə iri gözlərə sahib olan bu gənc fərd, ölçüsünə görə müasir dövrün nəhəng balinalarından çox fərqli idi; təxminən tək nəfərlik çarpayı boyda idi.
Lakin sevimli görünüşünə baxmayaraq, iti dişləri və köpəkbalığını xatırladan burnu ilə tam bir yırtıcı idi.
Tədqiqatın müəlliflərindən, “Museums Victoria”-dan paleontoloq Erich Fitzgerald belə deyib:
"Qəribə bir şəkildə balina, fok və Pokemon qarışığını xatırladırdı, amma tamamilə özlərinə məxsus idilər."
Qismən kəllə sümüyü, qulaq sümükləri və dişlərdən ibarət fosil, Viktoriya ştatındakı fosil baxımından zəngin Jan Juc sahilində tapılıb. Yalnız Oliqosen dövründə (34–23 milyon il əvvəl) yaşamış mammalodontid qrupuna aid bu növ, indiyə qədər tanınan dördüncü nümunədir.
Təxminən 3 metr uzunluğa çatan bu dişli əcdadlar, bu günün kambur, mavi və mink balinalarının təkamül xəttində erkən bir qolu təmsil edir.

Növ, fosili tapan həvəskar kolleksiyaçı Ross Dullardın şərəfinə adlandırılıb.
Kəşf təsdiqləndikdən sonra məktəb direktoru olan Dullard, “Həyatımın ən gözəl 24 saatı” deyərək, ertəsi gün məktəbdə şagirdlər və həmkarları tərəfindən alqışlarla qarşılanıb.
O gün alçaq gelgit vaxtı sahildə axtarış apararkən qayalıqlardan çıxan qara bir parça görüb. Toxunduqda bir diş yerindən düşüb. “Köpək və ya fok dişi olmadığı bəlli idi. Xüsusi bir şey tapdığımı anladım” deyə danışıb. Göndərdiyi fotolara baxan Fitzgerald isə dərhal yeni bir növ ola biləcəyini görüb.
Avstraliyada bu qrupa aid son fosil 2006-cı ildə müəyyən edilmişdi. Kifayət qədər detalları qorunub saxlanmış nümunələr olduqca nadirdir. Fitzgerald deyib:
"Milyonlarla il ərzində okeandakı balinaların yalnız çox kiçik bir hissəsi fosil olaraq qalır."
Tədqiqatçılara görə, Janjucetus dullardi kimi tapıntılar qədim balinaların necə qidalandığı, hərəkət etdiyi, davrandığı və təkamül keçirdiyi barədə mühüm məlumatlar verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol