−30 dərəcədə ölümə qarşı yarış: Bir it minlərlə uşağın həyatını xilas etdi

1925-ci ildə ABŞ-ın Alyaska ştatının Nome qəsəbəsində yayılan difteriya epidemiyası xüsusilə uşaqlar üçün ölümcül təhlükə yaratdı.

Sherg.az xəbər verir ki, dərman mövcud olsa da, sərt hava şəraiti səbəbindən serumun qəsəbəyə çatdırılması mümkün deyildi. Çarə kimi xizək itlərindən istifadə olundu.

Təcrübəli xizəkçi Leonhard Seppala və onun lider iti Togo ən çətin marşrutu üzərinə götürdü. −30 dərəcə soyuqda, təhlükəli buzlar üzərindən keçərək min kilometrlik yolun ən ağır hissəsini qət etdilər. Seppala və Togo serumları Nomea yaxın nöqtəyə qədər çatdırdı və son mərhələdə başqa bir komanda tərəfindən qəsəbəyə aparıldı.

Rəsmi qarşılanma Balto adlı itə verilsə də, sonradan ən ağır və riskli məsafəni məhz Togo və Seppalanın qət etdiyi qəbul edildi. Bu hadisə Togonu tarixə serum yarışının əsl qəhrəmanı kimi yazdı və onların hekayəsi sonradan filmə çevrildi.