Qonaqlar üçün də xoş bir sürpriz oldu
Sude Bucak və Furkan Altunhan cütlüyü, Diyarbəkirin Bağlar rayonundakı bir toy zalında təşkil olunan mərasimdə xoşbəxtliklərini yaxınları ilə bölüşüb.
Sherg.az xəbər verir ki, nikahdan sonra salona adət üzrə gətirilən toy tortu əvəzinə şəhərin ənənəvi və rəsmi qeydiyyatdan keçmiş şirniyyatı olan, 21 qatdan ibarət burma kəlləbi gətirilib.

Üzəri qozla bəzədilmiş kəlləbiyə şərbət töküb kəsən cütlük, daha sonra onu bir-birlərinə təam etdilər.
Bəyin atası Murat Altunhan jurnalistlərə açıqlamasında, şəhərdə burma kəlləbi istehsalı ilə məşğul olan bir firmanın sahibi olduğunu söyləyib.
Ailəsinin beş nəsildir kəlləbi istehsalı ilə məşğul olduğunu bildirən Altunhan, oğlunun bu sevincli günü üçün tort yerinə Diyarbəkirin burma kəlləbisini hazırladıqlarını qeyd edib.

Altunhan deyib: “Böyük oğlumu evləndirdiyim zaman da kəlləbi hazırlamışdım. Diyarbəkirin avtomobil nömrəsinə əsaslanaraq 21 qatlı kəlləbi hazırladıq. Bununla həm qonaqlarımızın ağzını şirin etdik, həm də burma kəlləbimizi tanıtdıq. Qonaqlar üçün də xoş bir sürpriz oldu.”
Daha sonra burma kəlləbi mərasimdə iştirak edən qonaqlara təqdim olunub.