Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - TƏHLİL
Yusif Nəzərli
06:32 24.05.2025
Gündəm
522
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni və demokratik Konstitusiyaya ehtiyac duyduğunu deyib. Ərdoğan bildirib ki, Türkiyə dəyişir, dünya dəyişir, biz yeni dövrdə yaşayırıq, daha yeni dövrə doğru gedirik. Türkiyə lideri vurğulayıb ki, bu qədər sürətlə dəyişən dünyada qiyamçıların zehniyyətini qoruyub saxlayan konstitusiya ilə irəli getmək olmaz:
"Məgər 40 il ərzində qiyamçıların yazdığı konstitusiya ilə cəmiyyəti birləşdirməyin nə qədər çətin olduğunu görmədikmi? Bu gün yaşadığımız bir çox problemlərin əsasının çevriliş konstitusiyası olduğunu bilməyən varmı? Siyasi həyatım boyu Türkiyənin sivil, demokratik və liberal konstitusiyaya ehtiyacı olduğunu ifadə etmişəm. Bu gün də eyni fikirdəyəm". Eyni zamanda Ərdoğan bildirib ki, yeni konstitusiyanı özü üçün deyil, ölkəsi üçün istəyir: "Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur. Bizim qayğımız ondan ibarətdir ki, atacağımız addımlarla ölkəmizin nüfuzunu necə yüksəldə bilərik".
Ərdoğanın mesajlarını "Şərq"ə təhlil edən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib ki, siyasətdə bu gün verilən açıqlama sabah situasiyanın dəyişməsinə görə tamam fərqli tərzdə dilə gətirilə bilər. Ekspert vurğulayıb ki, Ərdoğan indi belə söyləsə də, sabahı bilmək olmaz:
"Amma bir həqiqət var ki, Türkiyənin konstitusiyası mütləq dəyişməlidir. Dünya və reallıqlar dəyişdiyi üçün ölkənin qanunvericiliyi də ona adekvat dəyişməlidir. Hər bir ölkə dünya ilə ayaqlaşmalıdır. Ərdoğanın da bu addımı özündən sonra Türkiyəni daha qüdrətli, güclü dövlətə çevirmək məqsədi daşıyır. Ərdoğan dövlət adamıdır, dava və ideologiya adamıdır, böyük liderdir. Ona görə də özünü yox, Türkiyəni, ölkənin sonrakı aqibətini düşünür. Konstitusiyanın dəyişdirilməsi ilə bağlı təşəbbüslər də həmin hədəfə hesablanıb. Məncə, doğru yanaşmadır. Əminəm ki, Türkiyə xalqı da doğru seçim edəcək".
Ə.Məmmədli əlavə edib ki, əhalinin sosial durumu, yəni soyuducusu önəmli olsa da, hər şey qarınla ölçülmür:
"Ölkənin böyüməsi, güclənməsi üçün yeri gələndə səbirli olmalı, fədakarlıq göstərməlisən. Lirə dəyərdən düşdüyünə görə, hamı Ərdoğanı ittiham edir. Lirənin düşməsi, yoxsa PKK terror təşkilatının ləğvi, silahı buraxması daha önəmli məsələdir? Bu, həm də Türkiyə xalqı üçün sınaq olacaq. Görəcəyik ki, xalq Ərdoğanın cızdığı yolla getməyə nə dərəcədə hazırdır. Ən nəhayətində Türkiyə xalqı öz gələcəyini özü seçəcək. Türkiyə demokratik ölkədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət