Marsda həyat başlanırmı? Alimlər Qırmızı Planetdə yaşıl həyat üçün plan qurur
Yusif Nəzərli
02:12 10.06.2025
Maraqlı
666
Alimlər Marsı yaşama uyğun planetə çevirmək üçün yeni planlar hazırlayır.
Sherg.az xəbər verir ki, bu plan, yaxın dövrdə mikroskopik həyatın yaranmasını, uzaq gələcəkdə isə insan şəhərlərinin salınmasını nəzərdə tutur.
"Nature Astronomy" jurnalında yayımlanan araşdırmada, alimlər Marsı “həyat dostu” etmək üçün geo-mühəndislik üsullarının tətbiqini təklif edirlər. Pioneer Labs şirkətinin baş direktoru Erica DeBenectintis, yeni texnologiyalar – xüsusən SpaceX-in Starship kosmik gəmisi və süni biotexnologiyalar – sayəsində bu planın artıq mümkün olduğunu bildirib.
Çikaqo Universitetindən Edwin Kite Marsda sabit su, nəfəs almağa yararlı oksigen və davamlı ekosistem yaratmağın uzunmüddətli hədəf olduğunu, qısamüddətli mərhələdə isə sadəcə mikrobik həyatın mümkün olacağını deyib.
Harvard Universitetindən Robin Wordsworth isə Marsı yaşıl planetə çevirməyin insan kolonizasiyasından daha irəli gedərək, həyatın yayılmasına töhfə verəcəyini vurğulayıb: “İnsanlığı biosferin bir hissəsi hesab edirəm, ondan ayrı deyil. Həyatı qoruyub digər planetlərə yaymaq insanlığın vəzifəsidir.”
Los Alamos Milli Laboratoriyasından Nina Lanza isə Marsın həm də iqlim problemlərimizin həlli üçün mühüm sınaq sahəsi ola biləcəyini deyib. DeBenectintis əlavə edib ki, Marsda yaşıl texnologiyalar üçün mövcud infrastruktur və status-kvo olmadığından, bu texnologiyaları inkişaf etdirib Yer üçün də uyğunlaşdırmaq asan ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə