"Qarabağ"la qarşılaşmaya normal qaydada çıxacağıq" - "Şelburn"un baş məşqçisi
18:32 29.07.2025
İdman
434
"Şelburn"un baş məşqçisi Coy O’Brayen UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin cavab oyununda keçiriləcək "Qarabağ"a qarşı oyun haqda danışıb.
Sherg.az "Report"a istinadən xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:
"Sabahkı qarşılaşmaya normal qaydada çıxacağıq. Komandamıza inanıram. Oyundan zövq almağa çalışacağıq. İstəyirik ki, hər şey bizim xeyrimizə olsun. Stadionda atmosferin yaxşı olacağını düşünürük. Bu, tam da bizim istədiyimiz ab-havadır".
Tədbirdə həmçinin İrlandiya təmsilçisinin futbolçusu Conatan Lunney də iştirak edib. O, Bakıdakı qarşılaşmaya ciddi hazırlaşdığını söyləyib:
"Qarabağ"ın gücünü bilirdik. Onlara qarşı qarşılaşmanın çətin keçəcəyini bilirdik. Futbolda hər şey ola bilər. Sabahkı qarşılaşmada qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya