Qafar Çaxmaqlı: “Heç kəsdən qorxmuruq, dünya bizimlədir”
Yusif Nəzərli
10:28 02.08.2025
Aktual
1349
Ermənişünas-alim deyir ki, Rusiya öz zəifliyini Xankəndi ilə ört-basdır edir
“Bakının geri addım atacağına ümid edənlər yanılır!”
Mixail Qusmanın Rusiya dövlət informasiya agentliyi TASS-ın rəhbərliyindən uzaqlaşdırılmasından sonra agentlik Azərbaycana qarşı "hücuma" keçib. "Xankəndi" toponimi agentliyin xəbərlərindən çıxarılıb və əvəzində erməni separatçılarının istifadə etdiyi "Stepanakert" adı yenidən dövriyyəyə buraxılıb. Əlbəttə, bu, təkcə texniki dəyişiklik yox, Rusiya mediasının Azərbaycana qarşı ideoloji mövqe sərgiləməsinin bariz nümunəsidir. Kremlin rəsmi informasiya ruporunun bu cür simvolik addımları Moskvanın Azərbaycanla informasiya savaşı taktikasını dərinləşdirdiyini göstərir. Rəsmi Bakının sərt etirazından sonra TASS öz qəbahətini yavaş-yavaş aradan qaldırmağa çalışıb. Agentlik "Stepanakert" sözünü əvvəlcə "Dağlıq Qarabağ", daha sonra "Qarabağ" sözü ilə əvəzləmək məcburiyyətində qalıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış "Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə "Stepanakert" adlandırılması Azərbaycana qarşı həqarət idi: "Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər". Qeyd edək ki, Azərbaycan torpaqlarında "Stepanakert" adlı şəhər yoxdur. Bu ad erməni silahlı dəstələrinin lideri, türk qatili Stepan Şaumyanın adını daşıyır və Azərbaycan xalqına qarşı həyata keçirilmiş tarixi zorakılıq və işğalçılığın simvoludur. İndi, Azərbaycan Xankəndini işğaldan azad etmişkən və şəhər üzərində tam suverenlik bərpa olunmuşkən, Rusiya dövlət agentliyinin bu adı yenidən dövriyyəyə salması Kremldən gələn açıq təxribatdır. Ermənistanda rəsmi dairələr belə artıq "Xankəndi" adından istifadəyə başlayıblar, yeni regional reallığı qəbul edirlər. Lakin Rusiya bu reallığı qəbul etməməkdə israrlıdır. Bu addım eyni zamanda Moskvanın Azərbaycanla normallaşma prosesində maraqlı olmadığını, əksinə, narazılığı tətikləməyə, gərginliyi diri saxlamağa çalışdığını göstərir.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a açıqlamasında deyib ki, Rusiya belə ucuz yollarla Azərbaycana təzyiq edəcəyini düşünürsə, çox yanılır. Alimin sözlərinə görə, Azərbaycan artıq prinsipial məsələləri həll etmək qabiliyyətinə malik ölkədir:
"Rusiya bu cür addımlarla nəyəsə nail ola bilməz. Azərbaycan əvvəlki zəif dövlət deyil. Heç kəsdən qorxmuruq. Dik duruşumuzla dünya ölkələrinə nümunə olacaq səviyyəyə çatmışıq. Elə Rusiya rəsmiləri, ekspertlər, media da fərqindədir ki, Azərbaycana hər hansı hərbi müdaxilə cəhdində bütün dünya ölkəmizin arxasında duracaq. Türkiyə, türk respublikaları, ümumən türk dünyası, postsovet ölkələri, o cümlədən Pakistan kimi ölkələr birmənalı yanımızdadır. Ona görə də Moskvadan edilən təzyiqlərin mənası yoxdur. Azərbaycan tək deyil. Rusiya dərk etməlidir ki, Azərbaycan qətiyyətli və birmənalı şəkildə Qarabağ məsələsini həll edib. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi təmin olunub. Rusiyanın Xankəndidəki qanunsuz qoyulmuş heykəlin götürülməsini həzm edə bilməməsi, cılız şəkildə rəsmi saytlarda Xankəndini "Stepanakert", yaxud "Dağlıq Qarabağ" adlandırması əhəmiyyətsiz manipulyasiyalardır. Hamı çox yaxşı bilir ki, 3 ildən artıqdır Ukrayna ilə müharibə aparan və Qərbin sanksiyalarına məruz qalan Rusiya xeyli zəifləyib, əvvəlki qüdrətində deyil. O baxımdan rəsmi Bakının Moskvaya sərt etirazını bildirməsi doğru yanaşmadır. Yəqin ki, Rusiya davam edəcək, Azərbaycana müsbət yanaşan şəxsləri vəzifədən uzaqlaşdıracaq, miqrantları sıxışdıracaq və s. Ancaq mənasız cəhdlərdir. Çünki Bakı öz haqlı mövqeyindən, qətiyyətindən geri dönməyəcək. Hazırda daha ciddi problemlərimiz var ki, vaxtımızı, fəaliyyətimizi onların həllinə yönəltməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya