Bəzən inanılması çətin görünən bəzi məlumatlar əslində elmi və tarixi faktlara əsaslanır.
Sherg.az həmin maraqlı faktlardan beşini təqdim edir:
Buludlar düşündüyünüzdən daha ağırdır. Səmada yüngül görünən adi bir kümülüs buludunun çəkisi təxminən 500 min kiloqram, yəni 100-ə yaxın filin çəkisinə bərabərdir.
Eyfel qülləsinin hündürlüyü fəsillərə görə dəyişir. Yay aylarında metalın istilikdən genişlənməsi nəticəsində qüllə qış mövsümü ilə müqayisədə təxminən 15 santimetr daha hündür olur.
Nintendo video oyunlarından əvvəl mövcud idi. Dünyaca məşhur oyun şirkəti Nintendo 1889-cu ildə video oyunları üçün deyil, ənənəvi oyun kartları istehsal etmək məqsədilə yaradılıb.
İnsan və bananın DNT-si oxşardır. Alimlərin araşdırmalarına görə, insan genomu ilə bananın DNT-si arasında təxminən 60 faiz oxşarlıq mövcuddur.
Oksford Universiteti Astek imperiyasından daha qədimdir. Oksford Universitetində dərslər 1096-cı ildən keçirilirdi. Halbuki Astek imperiyası yalnız 1325-ci ildə formalaşmağa başlayıb.