Rəmiş son nəfəsində nə deyib? – Gülü danışır

“Ağzı açıq idi, zorla bağladım. Mənə nə isə söyləmək istəyirdi, deyə bilmədi”

“Gözünə sığal çəkdim. Sonra Rəmişi bükdülər”

Ötənlərdə uzunmüddətli xəstəlikdən sonra vəfat edən xalq artisti Rafiq Hüseynovun (Rəmiş)  həyat yoldaşı Gülü xanım “Lent.az”a danışıb.
“Sherg.az” xəbər verir ki, o Rəmişin son anlarından bəhs edib:

“Gördüm Rəmişin saturasiyası 50-ə düşüb. Dəhlizə qaçdım ki həkim çağırım, qışqırdım səsimə səs verən olmadı. Bir həkim yanımdan keçdi, ona durumu izah elədim, bir söz demədi. Axırda Vüqar doktor gəldi. O da ağ ciyər həkimidir. Dedi, reanimasiyaya keçirmək lazımdır.

Elə də etdilər. Gördüm ki, Rəmişin əli saralıb. Sonra qolundan tutdum, özündə deyildi.

Həkim ürək masajı edirdi. Dedim, artıq özündə deyil. Qayıtdı ki, hə Gülü, onu itirdik. Ağzı açıq idi, zorla bağladım. Mənə nə isə söyləmək istəyirdi, deyə bilmədi. Gözünə sığal çəkdim. Sonra Rəmişi bükdülər. Qardaşını, qardaşı uşaqlarını çağırdım”.